GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “İsmayıllı işi”ndə üzəduran polis rəisinin müavini yalan danışmaqda suçlanıb

“İsmayıllı işi”ndə üzəduran polis rəisinin müavini yalan danışmaqda suçlanıb

Tarix: 3-02-2014, 20:51 Bölmə :Ölkə Baxış: 682
  “İsmayıllı işi”ndə üzəduran polis rəisinin müavini yalan danışmaqda suçlanıb
Məhkəmə prosesini ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi və Müsavat Partiyasının təmsilçiləri də müşahidə ediblər

“İsmayıllı işi”ndə nahar fasiləsindən sonra məhkəmə prosesi şahidlərin ifadə verməsi ilə davam etdirilib.
Şahid İsmayıllı rayonu polis şöbəsinin rəis müavini Şöhrət Kərimov ifadə verərək, hadisə zamanı təqsirləndirilən şəxslərdən Vasif İbrahimovu, Şükran Möhbalıyevi, Cəfər və Anarı gördüyünü bildirib. O, hətta Şükran Möhbalıyevə “40 dəfə xəbərdarlıq” etdiyini deyib. Rəis müavini Tofiq Yaqublu və İlqar Məmmədovun da orada olduğunu və onların insanları ixtişaşa dəvət etdiklərini, daş atdıqlarını iddia edib.
Vəkil Nemət Kərimli şahid Ş.Kərimovdan T.Yaqublunun Bakıdan gəldiyini haradan bildiyini soruşduqda şahid “onları otağıma gətirmişdilər” deyə cavab verib. İ.Məmmədovu isə, onun camaatın içinə olması səbəbindən tapa bilmədiklərini deyib.
İ.Məmmədovun şahid Ş.Kərimova yönəlik “siz mənim orda olduğumu kimdən eşitdiniz” sualına isə, şahid kobud bir şəkildə “siz kiminlə danışdığınızı bilirsiniz?” - deyə cavab verib. Hakimin müdaxiləsindən sonra o, sualı cavablandıraraq, Vahid Məhərrəmov və Nicat Vəliyevin xəbər verdiyini bildirib.
Daha sonra şahid Ş.Kərimova T.Yaqublu tərəfindən suallar verilib. T.Yaqublunun “siz yalan danışmağın cinayət olduğunu bilirsinizmi?” və “siz üzədurmağın biqeyrətlik olduğunu bilirsinizmi?” kimi suallarına hakim etiraz edib. T.Yaqublunun “məni sizin otağınıza kim gətirmişdi” sualına cavabında şahid Şöhrət Kərimov Nicat Vəliyevin adını çəkib.
T.Yaqublu isə hakimə N.Vəliyevin ifadəsini xatırladaraq, adıçəkilən şəxsin onu qapıda qoyaraq, getdiyini deyib. Bundan sonra Ş.Kərimov sözünü dəyişərək, onların şöbəyə gətirildiklərini söyləyib.
T.Yaqublunun “niyə sizin otağınıza ancaq jurnalistlər gətirildi” sualına isə Ş.Kərimov “orada olan camaata siz ruh verirdiniz” deyə cavab verib. T.Yaqublunun “ayın 24-də mənə zəng etmişdiniz” sualına Ş.Kərimovun “yox” deməsindən sonra T.Yaqublu üzünü hakimə tutaraq, “bax, elə buna görə də telefon danışıqlarını gətizdirmirsiniz. Çünki o, ayın 24-də mənə zəng edib” deyə söyləyib.
T.Yaqublu həmçinin bildirib ki, onları ilk dəfə polis bölməsinə aparıb, buraxdıqdan sonra hətta benzinlərini belə vurublar: “Sizdə belə bir praktika varmı ki, cinayətkar adlandırdığınız şəxsi maşınına benzin vurub, yola salırsınız. Biz yanacaqdoldurma məntəqəsinə gəlib, benzin vuranda bizdən pul almadılar”.
Daha sonra T.Yaqublu şahid Ş.Kərimovdan hadisə zamanı çəkilişlərin olub-olmadığını, həmin çəkilişlərdə onu və İ.Məmmədovu görüb-görmədiyini də soruşub. Ş.Kərimov isə, cavabında jurnalistlərin hamısını T.Yaqublunun gətirdiyini iddia edib: “Ona görə də kadrlarda yoxsunuz”. T.Yaqublu isə deyib ki, “belə çıxır ki, “Lider”, “AzTV” və digər telekanallar mənim sözümlə oturub, dururlar”.
Təqsirləndirilən Şükran Möhbalıyev şahid Ş.Kərimovun onu hədələdiyini deyib: “Mənə dedi ki, təqaüdə çıxamağıma 6 il qalıb. Ona kimi sənə 10 il verdirəcəm. İndi sual verirəm ki, niyə o, mənə belə deyib”.
Hakim Rəşid Hüseynovun vəkillərə dəfələrlə xəbərdarlıq etməsi və şahidə verilən sualları “təkrar sualdır” deyərək çıxartması təqsirləndirilən şəxslərin qəzəbinə səbəb oldu və onlar Ş.Kərimovu yalan danışmaqda suçladılar. Ona görə də hakim şahid Ş.Kərimovu zaldan çıxartdı.
Bundan sonra vəkil Xalid Bağırov “bu məhkəmə prosesi Stalin dövrünü xatırladır, 2 nəfər söyüş söydüyünə görə digərlərinin haqqı tapdalanır” deyərək, hakimə etiraz etdi.
Ancaq növbəti şahid Qələndər Muxtarlının ifadəsi alındıqdan sonra şahid Ş.Kərimov yenidən məhkəmə zalına dəvət edildi və ona suallar verildi. Bununla belə, bu dəfə də verilən suallar şahid tərəfindən tam cavablandırılmırdı.
Daha sonra İsmayıllı rayonunun sahə müfəttişi Azay Ağayev şahid qismində ifadə verib. O, T.Yaqublu və İ.Məmmədovun üzünə duraraq, təqsirləndirilən şəxslərin rayon təhsil şöbəsinin qarşısında insanları ixtişaşa çağırdıqlarını bildirib.
Məhkəmə prosesini Müsavat başqanının müavini Gülağa Aslanlı və partiyanın bir sıra digər təmsilçiləri, eləcə də, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi də müşahidə ediblər.
Növbəti məhkəmə prosesi fevralın 4-də saat 10:00-da keçiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İsmayıllı məhbusları" Prezidentə müraciət etdilər

    “İsmayıllı məhbusları" Prezidentə müraciət ...

    4-02-2014, 16:32

  • 
  • “İsmayıllı işi”ndə şahidlər dindirilib: “Məni atama dərman almağa gedəndə yolda tutdular”

    “İsmayıllı işi”ndə şahidlər dindirilib: “Məni ...

    21-01-2014, 16:02

  • 
  • Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəməsi təxirə salındı

    Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəməsi ...

    26-02-2016, 12:03

  • 
  • Polis: «Mən heç kəsin üzünə dura bilmərəm»

    Polis: «Mən heç kəsin üzünə dura bilmərəm» ...

    15-01-2014, 17:19

  • 
  • Keçmiş nazir və icra başçısının oğulları məhkəməyə çağırıldı

    Keçmiş nazir və icra başçısının oğulları ...

    4-02-2014, 15:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu