Moskvada Petrovski-Razumovski keçidində yaxın zamanda “qanuni oğru” statusunu almağa iddialı olan kriminal avtoritet Çıldıri İlqar Zahir oğlu güllələnib. Onun cəsədi xarici markalı maşında polislər tərəfindən aşkar edilib.
Maşının salonunda boş gilizlər tapılıb. 38 yaşlı İlqar Zahir oğlu bundan əvvəl 3 dəfə qanunsuz silah dövriyyəsi və soyğunda ittiham edilib. Yaxın zamanlarda “taclandırılacağı” bildirilən İlqar Zahir oğlu ilə bağlı ətraflı məlumat verilmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?