GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bu gün sadəcə mənə qarşı edilən səhvi düzəldiblər

Bu gün sadəcə mənə qarşı edilən səhvi düzəldiblər

Tarix: 30-12-2012, 11:15 Bölmə :Ölkə Baxış: 832
Bu gün sadəcə mənə qarşı edilən səhvi düzəldiblər
Şahin Həsənli: “Bu iş belə qalmayacaq, Avropa məkəməsinə müraciət edib bəraət almağa çalışacağam”

gundemxeber.az “Mən etmədiyim cinayətə görə 21 ay məhkum olunmuşam. Bu iş belə qalmayacaq. Avropa məkəməsinə müraciət edib bəraət almağa çalışacağam. Yəqin ki, maddi tələblərim də olacaq”- bunu ölkə prezidentinin əfv sərəncamı ilə cəzasının 3 ay çəkilməmiş hissəsindən azad olunan AXCP-nin təşkilat şöbəsinin müdiri Şahin Həsənli müsahibəsində bəyan etdi. Ş.Həsənli eyni zamanda azadlığa buraxılmasında rolu olan bütün dostlarına, xüsusilə də azad demokratik mətbuata, insan haqlarının müdafiəsi ilə məşğul olan hüquq müdafiəçilərinə təşəkkürünü bildirərək, müxalifətdə cərəyan edən hazırki prosesləri də diqqətə çatdırdı. O, öz həbsində bir şeyə heyfsiləndiyini dedi.

- Şahin bəy, siyasətçinin belə ekstrimal vəziyyətlərlə qarşılaşması ehtimalı qaçılmazdır. Heç düşündünüzmü ki, nəyə görə başqası deyil, məhz siz həbsə getdiniz?
- Mən AXC-nin rəyasət heyətinin üzvü olmaqla yanaşı, həm də 2001-ci ildən AXCP-nin təşkilat komitəsinin üzvüyəm. 2005-2006-cı illərdə 2 dəfə 15 gün olmaqla həbsdə yatmışam. Mitinqlərin təşkilində mənim xüsusi rolum olub. 2 aprel mitinqinin əsas təşkilatçılarından biri idim. Həbsə atılmağım hökumətin mənim ümumi fəaliyyətimə verdiyi “qiymət” idi. Bundan əlavə, partiyada Əli Kərimli ilə yaxın münasibətdə olmuşam, onunla tez-tez görüşmüşəm. Onlar həm Əli bəyə təzyiqlər etmək, həm də məni cəzalandırmaq üçün bunu etdilər. Bir sözlə, siyasi mübarizəmə görə hədəf seçilmişəm. Mitinq ərəfəsində maşınımda, hətta evimdə axtarışlar aparıblar. Polis təqibindən yayınmaq üçün Şəmkirdə dostumun evində gizlənmişdim. Məni yatdığım yerdə aparıblar, cibimdən 5 saylı patron çıxarıblar. Bu ittihamlar məhkmədə sübut olunmadı, çünki patrona əlim dəyməmişdi. Patronlarda əl izlərinin, patronların nömrələrinin hansı idarəyə məxsus olmasının yoxlanması barədə vəsatət versək də, bu araşdırılmadı.

- Bu gün sizin əfv edilməniz hansısa Avropa ölkəsi tərəfindən deyil, məhz ölkə başçısı tərəfindən verilən sərəncamla gerçəkləşib. Bu barədə nə düşünürsünüz?
- Yaxşı, axı mən nə etmişdim ki, məni həbs etdilər? Mən siyasətlə məşğul olduğuma görə həbs olunmuşam. Heç bir cinayət törətməmişəm. Nəyə görə həbsdən azad olunduğuma görə kiməsə təşəkkür etməliyəm. Bu gün sadəcə mənə qarşı edilən səhvi düzəldiblər.

- Müxalifət düşərgəsində gedən prosesləri həbsxanadan necə müşahidə edirdiniz?
- Hesab edirəm ki, Azərbaycanda dəyişiklik etmək istəyən qüvvələr bir araya gəlməlidir. Çünki təklikdə mübarizə aparmaq heç bir partiyanın bacaracağı iş deyil. Bütün mütərəqqi qüvvələr bir araya gəlib mübarizə aparmalıdır. Mən ayrı-ayrılıqda mübarizə aparan partiyaların uğur qazanacağını düşünmürəm. İndi azadlıqdayam və müxalifətin bir araya gəlməsində öz köməkliyimi göstərəcəyəm.

- Müxalifətçi dostlarınızın sizi də ittihamlamasından qorxmursunuz?

- Əgər mən düz yoldayamsa qorxmuram. Mən öz mövqeyimi ortaya qoyacağam.

- Bu gün bəllidir ki, AXCP və Müsavat Partiyalarının üzvləri bir-birinə qarşı ittihamlar səsləndirməkdə davam edirlər. Müxalifətin bu vəziyyətini görüb heyfsiləndiniz?
- Müxalifətdə belə halların olması xoşagələn deyil. Amma bu o demək deyil ki, biz mübarizəmizi dayandırmalıyıq. Digər tərəfdən mən öz həyatımı yaşayıram. Müxalifətdə baş verən belə hadisələri ötəri sayıram. Yəqin ki, hər şey öz qaydasına düşəcək və yəqin ki, partiyalar arasında məqbul bir variant tapılacaq.

- Nəyə görə AXCP ilə Müsavatın bir-birinə qarşı ittihamları səngimir?
- Siyasətdə hər anın öz hökmü olur. Bu gün müəyyən məsələlərə görə partiyalar arasında müəyyən narazılıq varsa, sabah hansısa yolla buna son qoyula bilər. Demokratik kəsim bir yerdə olmağa məhkumdur.

Tahirə Qafarlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycan” keçmiş vicdan məhbuslarına böhtan atdı

    “Azərbaycan” keçmiş vicdan məhbuslarına böhtan ...

    8-01-2013, 10:22

  • 
  • Hacı Şahin Həsənli nardaranlılara müraciət etdi

    Hacı Şahin Həsənli nardaranlılara müraciət etdi ...

    27-11-2015, 13:11

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Azadlğa çıxan məhbuslar mübarizədən danışdı

    Azadlğa çıxan məhbuslar mübarizədən danışdı ...

    29-12-2012, 11:05

  • 
  • Cəmil Həsənli: “AXCP – Müsavat davasını dramatikləşdirmək olmaz”

    Cəmil Həsənli: “AXCP – Müsavat davasını ...

    16-01-2014, 13:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu