GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azadlğa çıxan məhbuslar mübarizədən danışdı

Azadlğa çıxan məhbuslar mübarizədən danışdı

Tarix: 29-12-2012, 11:05 Bölmə :Ölkə Baxış: 837
Azadlğa çıxan məhbuslar mübarizədən danışdı

Vidadi İsgəndərli: “Bundan sonra korrupsiyaya, rüşvətə qarşı daha mətin, daha şüurlu mübarizə aparacam”

Şahin Həsənli: “Məqsədlərimiz həyata keçənə qədər biz bu mübarizədə, bu yolda varıq”

Taleh Xasməmmədov: “Bəraət uğrunda mübarizə aparacağam, çünki mən cinayətkar deyiləm”


gundemxeber.az
«Mən məhkum deyildim, girovluqda idim və indi girovluqdan azad olundum». Bunu Azadlıq Radiosuna müsahibəsində prezidentin əfv fərmanı ilə həbsdən çıxan hüquq müdafiəçisi Vidadi İsgəndərli deyib. Vidadi İsgəndərli bundan sonra da korrupsiya, rüşvətə qarşı mübarizə aparacağını deyir: «Bundan sonra korrupsiyaya, rüşvətə qarşı daha mətin, daha şüurlu mübarizə aparacam. Ölkədə azadlıq, demokratiyanın olmasından ötəri hüquq müdafiəçisi kimi əlimdən gələn hər şeyi edəcəm. Mənim azadlığa çıxmamda rolu olan xalqıma, məndən ötrü əziyyət çəkən jurnalistlərə, dostlara, partiyalara, hüquq müdafiəçilərinə, beynəlxalq təşkilatlara öz minnətdarlığımı bildirirəm. Onlar bizi bu girovluqdan azad etdi».
V. İsgəndərli Göyçay rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə və zor tətbiq etməklə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə müdaxilə) maddələri ilə ittiham olunurdu.
Yenicə azadlığa çıxan AXCP üzvü Şahin Həsənli də 21 ay günahsız yerə həbsdə qaldığını deyir: «Ömrümdə patron üzü görmədiyim halda cibimdə patron aşkarlanması o demək idi ki, hakimiyyət mənə siyasi fəaliyyətimə görə qondarma cinayət işi açıb. Həbsim qanunsuz, məhkəmələrim də ədalətsiz olub və mən 21 ay haqsız yerə cəza çəkmişəm. Həbslər məni mübarizəmdən döndərə bilməz. Biz hansı məqsədlər uğrunda mübarizə aparırdıqsa hələ o məqsədlər həyata keçməyib. Məqsədlərimiz həyata keçənə qədər biz bu mübarizədə, bu yolda varıq».
Şahin Həsənli İctimai Palatanın 2011-ci il 2 aprel aksiyasından əvvəl yaşadığı Şəmkir rayonunda saxlanılıb. O, qanunsuz olaraq odlu silah saxlamaqda ittiham olunaraq, 2 il müddətinə azadlıqdan məhrum edilib. Ş. Həsənlinin həbs müddətinin başa çatmasına 3 ay qalırdı.
Əfv olunanlar arasında İranın «Səhər» televiziyasının Azərbaycan üzrə müxbiri Anar Bayramlı da var. O da narkotik ittihamı ilə həbsini ədalətsizlik sayır: «Saxta ittiham idi qoymuşdular boynuma. Amma bu həbs mənim jurnalist fəaliyyətimə mane olmayacaq». Anar Bayramlı 2012-ci il fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, saxlama və ya satma maddələri üzrə ittiham irəli sürülüb.
İyunun 9-da Binəqədi rayon məhkəməsi onun barəsində 2 il azadlıqdan məhrum etmə hökmü çıxarıb. Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 2 ildən 1 ilə endirilib.
Taleh Xasməmmədov «Mən əfv olunmağımı müsbət qiymətləndirirəm. Ancaq
bəraət uğrunda mübarizə aparacağam. Çünki mən cinayətkar deyiləm. Qanunsuzluqlara yol verən hakimiyyət nümayəndələrinin cəzalandırılmasını istəyirdim. Ancaq mənim özümü şərləyib həbsə atdılar. Ona görə axıra qədər mübarizə aparacağam». Bunu dekabrın 27-də əfv fərmanı ilə həbsdən çıxan hüquq müdafiəçisi Taleh Xasməmmədov deyib.
Taleh Xasməmmədov deyib ki, tutulan vaxt 48 saat onu incidiblər. Ancaq 14 ay cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində ona münasibət normal olub. Bildirib ki, bundan sonra siyasi fəaliyyətlə məşğul olacaq.Taleh Xasməmmədov 2011-ci ilin noyabrında həbs edilib. Bu ilin aprelində Göyçay rayon məhkəməsi onu xuliqanlıqda və polisə müqavimətdə ittiham edərək 4 il azadlıqdan məhrum edib. Beynəlxalq təşkilatlar onu «vicdan məhbusu» sayır. Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Turxan Kərimov, Kəbiran Dilavərli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycan” keçmiş vicdan məhbuslarına böhtan atdı

    “Azərbaycan” keçmiş vicdan məhbuslarına böhtan ...

    8-01-2013, 10:22

  • 
  • “Əfv fərmanı da əvvəlkilər kimi AŞPA-nın tənqidlərini yumşaltmağa yönəlib”

    “Əfv fərmanı da əvvəlkilər kimi AŞPA-nın ...

    29-12-2012, 11:07

  • 
  • Vidadi İsgəndərlinin həbsinə etiraz

    Vidadi İsgəndərlinin həbsinə etiraz ...

    21-04-2013, 15:08

  • 
  • İş adamı Elşad Məmmədlinin hüquqlarını Vidadi İsgəndərli müdafiə edəcək-VİDEO

    İş adamı Elşad Məmmədlinin hüquqlarını Vidadi ...

    11-07-2014, 01:13

  • 
  • Vidadi İsgəndərlinin ailəsinə sığınacaq verilməkdən imtina edilib

    Vidadi İsgəndərlinin ailəsinə sığınacaq ...

    1-05-2013, 15:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu