ATV-də redaktor vəzifəsində çalışan tanınmış yazar Sevinc Çılğın öz ərizəsi ilə işdən çıxıb.
Qaynar.info xəbər verir ki, bu barədə yazar öz "Facebook" profilində məlumat verib:
"Çox önəmli bir qərar verdim. ATV-dən ayrıldım. Çox yaxın zamanlarda müdir havalarıyla qarşınızda olacağam. Yeni, maraqlı, bəyənib sevəcəyiniz layihələrlə... Tezliklə! Son il yarımda ATV-də mənə dözən, səbr edən, yola verən bütün dostlara sevgi və sayğımı elan edirəm!"
Sevinc xanımın yazdıqlarından belə məlum olub ki, bir çox internet media layihələrinin rəhbəri olan həyat yoldaşı Zahir Əzəmətin təklifi ilə yeni bir proyektin başına keçəcək: "Zahirin işləri böyüyüb, ona kömək lazımdır. Yeni proyektin başında isə dediyinə görə ancaq məni görmək istəyir. Çox düşündüm, bütün müsbət və mənfiləri götür-qoy elədim və gözümü qırpmadan qərar verdim. Mən bir işin altına girirəmsə, deməli özümdən əminəm. ATV də mənə doğma idi, yaxşı kollektivimiz var idi. Amma bəlli bir yaşdan sonra əgər imkan varsa, adamın öz işi olmalıdı. Mən orda yaradıcı qabiliyyətimdən tam istifadə etmirdim. İşimin gərəyi yalnız yazmaq bacarığımdan yararlanırdım. Amma indi yaradıcı potensialımı da ortaya qoymaq istəyirəm. Çünki yaradıcılıqla məşğul olmaqçun darıxmışam. İnşallah inanıram ki, xoşunuza gələcək" , - deyə yazıb.
Sevinc xanım yeni layihənin konkret nədən ibarət olduğu barədə məlumat verməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?