İran Dövlət Radio-Televiziya Təşkilatı bəyanat yayaraq prezident Həsən Ruhaninin müsahibələrinin şərtlərini açıqlayıb. Bəyanatda deyilir ki, prezidentin dövlət televiziyasına müsahibəsindən 3 gün əvvəl ona 3 aparıcı təklif ediləcək: “Ruhani bundan sonra yalnız ona təklif ediləcək həmin 3 aparıcıdan birini seçməli və ona müsahibə verməli olacaq”.
Dövlət televiziyasının yeni şərti onun rəhbəri İzzətullah Zərqaminin Nəzarət Şurası rəisinə prezidentdən müsahibə alarkən aparıcıların necə seçilməsi ilə bağlı məktubundan sonra bəlli olub. Dövlət Radio-Televiziyasının fəaliyyətinə Nəzarət Şurası bildirib ki, prezidentdən müsahibə alacaq aparıcıları seçmək həmin qurumun səlahiyyətindədir.
Xatırladaq ki, fevralın 5-də İran prezidenti Həsən Ruhaninin dövlət televiziyasında müsahibəsinin canlı yayımına icazə verilməyib. Ölkənin iqtisadi durumu ilə bağlı müsahibə xəbərlərin saat 21 buraxılışından sonra yayımlanmalı imiş. Vətəndaşlar televizorlar qarşısında ölkə prezidentinin müsahibəsini gözləsələr də, digər verilişlər yayılıb. Ruhaninin müsahibəsi saat yarım sonra verilib.
Müsahibənin canlı yayımına tədbirlər görülsə də, naməlum səbəblərə görə İran Dövlət Radio-Televiziyasının qatı mühafizəkarlara və “Sepah”a yaxın olan rəhbəri İzzətullah Zərqami canlı yayıma icazə verməyib və onunla Ruhani arasında mübahisə yaranıb.
Ruhani müsahibə aparacaq şəxslərin seçiminə də etiraz bildirərək ondan aparıcı Sonia Puryaminin müsahibə almasını istəyib. Dövlət televiziyasının rəhbəri buna da razılıq verməyib.
Sorğu
Yeni dizaynımız necədir?