GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycandan İraqa sensasion təklif

Azərbaycandan İraqa sensasion təklif

Tarix: 11-02-2014, 00:42 Bölmə :Ölkə Baxış: 691
Azərbaycandan İraqa sensasion təklif
Elmar Məmmədyarov Bağdadı “Cənub qaz dəhlizi”inə qoşulmağa çağırdı

Hər gün qanlı terror aktlarının baş verdiyi İraqa ezam edilən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu saatlarda Bağdadda iraqlı həmkarı Xoşiyar Zəbari ilə keçirdiyi birgə mətbuat konfransında sensasion bəyanatlar verib.

Virtualaz.org saytı Fransanın “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, Elmar Məmmədyarov İraqı Xəzər dənizini Avropa İttifaqı ilə birləşdirən “Cənub qaz dəhlizi”inə qoşulmağa çağırıb.

Məmmədyarov deyib ki, Azərbaycan İraqa öz qazını Avropaya nəql etməkdə kömək göstərməyə hazırdır. Onun sözlərinə görə, Bağdadda aparılan danışıqlar zamanı İraq rəsmiləri bu irimiqyaslı layihədə iştirakda maraqlı olduqlarını bildiriblər.

“Bu, böyük layihədir və İraq üçün açıqdır. İraq da bu dəhlizlə öz təbii qazını Avropaya ixrac edə bilər. Biz bu məsələ ilə bağlı danışıqlar aparmağa hazırıq” - deyə Məmmədyarov bildirib.

Azərbaycan xarici işlər naziri həmçinin deyib ki, ölkə parlamenti Bağdadda səfirliyin açılmasına dair qərarı təsdiqləyib və tezliklə Azərbaycanın İraqda diplomatik missiyası fəaliyyətə başlayacaq.

Məmmədyarov həmçinin İraq baş naziri Nuri Əl-Maliki ilə görüşündə terrorla mübarizədə Bağdada kömək etməyə hazır olduqlarını deyib. “Bakı bu məsələdə Bağdadla əməkdaşlığa və bütün regionu təhdid edən terrorçuluqla mübarizədə informasiya mübadiləsinə hazırdır” deyə nazir bildirib. Məmmədyarov həmçinin Azərbaycan şirkətlərinin İraqda işləməyə və xüsusən energetika sektoruna yatırımlar qoymağa hazır olduqlarını da deyib.

Azərbaycan xarici işlər nazirinin Bağdada səfəri və orada səsləndirdiyi bəyanatlar rəsmi Bakının İraq qazı uğrunda mürəkkəb geosiyasi mübarizəyə qoşulmasından xəbər verir. Belə ki, İraqın şimalında, de-fakto muxtariyyətə sahib Kürdüstan bölgəsində nəhəng qaz ehtiyatları var və bu ehtiyatların hasilatı, dünya bazarına nəqli ətrafında bir çox dövlətlər öz maraqlarını təmin etməyə çalışır.

Mərkəzi İraq hökuməti ilə regionun kürd hökuməti arasında bu məsələdə qarşıdurma var. Kürd hökuməti bu bölgədə qaz hasilatında və nəqlində söz sahibi olmaq istəyir. Lakin mərkəzi İraq hökuməti bəyan edir ki, kürd bölgəsinin təbii ehtiyatları bütün İraq xalqına məxsusdur və Bağdadın razılığı olmadan hasil oluna, nəql edilə bilməz. Türkiyə hökuməti də neçə vaxtdır kürd bölgəsindən hasil olunacaq qazın nəqlində söz sahibi olmağa çalışır. Bu məqsədlə Türkiyə hökumətinin Kürdüstan bölgə hökuməti ilə separat danışıqlar apardığı haqda məlumatlar var.

Baş nazir Ərdoğan ötən ilin payızında kürd hökumətinin başçısı Məsud Bərzanini Türkiyədə təntənəli şəkildə qəbul edib və ilk dəfə “Kürdüstan” ifadəsini işlədib. Bir neçə gün əvvəl isə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib ki, İraq qazı Türkiyənin Azərbaycan, Rusiya və İrandan aldığı bahalı qazdan imtina etməyə imkan verərdi. Nazir İraqın qaz yataqlarının Türkiyəyə çox yaxın olduğunu və bu yataqlardan qaz nəqlinin ucuz başa gələcəyini deyib.

Belə bir vaxtda Azərbaycan prezidenti İlham Əliyev də xarici işlər nazirini Bağdada ezam edib və onun vasitəsilə İraq hökumətinə “Cənub qaz dəhlizi”inə qoşulmaq təklifini çatdırıb.Başqa sözlə, Azərbaycan Avropa üçün təkcə qaz təchizatçısı kimi qalmaq istəmir və yeni açılan enerji dəhlizində əsas söz sahibi olan ölkələrdən birinə çevrilmək üçün böyük oyuna qoşulur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmar Məmmədyarov: "Azərbaycan və Yunanıstan arasında səmərəli əməkdaşlıq var"

    Elmar Məmmədyarov: "Azərbaycan və Yunanıstan ...

    2-02-2016, 22:20

  • 
  • Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi haqda

    Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi ...

    15-10-2014, 15:08

  • 
  • Elmar Məmmədyarov: "Danışıqlar tamamlanıb"

    Elmar Məmmədyarov: "Danışıqlar ...

    23-07-2013, 15:16

  • 
  • Elmar Məmmədyarov yəhudi lobbisinin forumunda

    Elmar Məmmədyarov yəhudi lobbisinin forumunda ...

    15-05-2013, 14:19

  • 
  • `Lavrovun təklifləri üzərində işləyirik` - Məmmədyarov

    Lavrovun təklifləri üzərində işləyirik - ...

    7-04-2016, 14:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu