Mətbuatda yayılan xəbərə görə, “Qarabağ” klubunda gözlənilməz kadr dəyişikliyi baş verib.
Belə ki, klubun prezidenti Abdolbari Gözəl və vitse-prezidenti Tahir Gözəlin vəzifələrindən getdikləri barədə məlumat yayılıb. Məsələ burasındadır ki, Abdolbari Gözalin özü Ağdam komandasının təsisçiliyindən çıxmaq qərarına gəlib. Onun hansı səbəbdən belə addım atdığı bilinmir.
A.Gözəl yerinə əvəzləyici də tapıb. “Azersun Holding” şirkətlər qrupunun digər türk rəsmisi klubun təsisçilərindən biri olub. "Qarabağ"ın prezidenti vəzifəsində fəaliyyətini davam etdirən Abdolbari Gözal oğlu Tahir Gözəli vitse-prezidentlikdən kənarlaşdırıb.
Klubun direktoru Emrah Çelikel isə öz vəzifəsində saxlanılıb. Məsələni ayınlaşdırmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq.
Publika.Az-a açıqlama verən klub rəsmisi xəbərin tamamilə əsassız olduğunu bildirib: “Tamamilə yanlış xəbərdir. Abdolbari Gözəl öz vəzifəsini icra etməkdə davam edir. Tahir Gözəl də həmçinin. O, klubumuzun vitse-prezidentidir. Hətta Tahir Gözəl “Qarabağ”ın AZAL-la oyununu izləməyə gəlmişdi”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?