GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vyanada Azərbaycandakı korrupsiyanı ifşa edən məhkəmə başladı

Vyanada Azərbaycandakı korrupsiyanı ifşa edən məhkəmə başladı

Tarix: 17-02-2014, 18:01 Bölmə :Ölkə Baxış: 965
Vyanada Azərbaycandakı korrupsiyanı ifşa edən məhkəmə başladı
Elman Rüstəmovun adamları pulları “TigerLilly” vasitəsilə alıb

Bu gün Avstriyanın paytaxtı Vyanada bu ölkənin Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS” şirkəti ilə Azərbayanın Milli Bankının rəhbərliyi arasında on milyonlarla avroluq korrupsiya və rüşvət işi üzrə çoxdan gözlənilən qalmaqallı məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytı Avstriya mənbələrinə istinadən xəbər verir ki, məhkəmənin birinci iclası olduqca izdihamlı keçir və prokurorun ittiham aktını oxuması ilə başlayıb. Prosesi çoxsaylı jurnalistlər ordusu izləyir.



Cinayət işinin materiallarına əsasən 2005-2011-ci illərdə “OeBS” şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın - manatın çapına dair bağlanmış müqavilələrdən Mərkəzi Bankın rəsmilərinə 20 faiz həcmində “şapka” ödənilib. Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş offşor şirkətin hesablarına köçürülüb.

Avstriya prokurorluğu iş üzrə 9 nəfər, o cümlədən “OeBS” şirkətinin keçmiş baş direktoru Maykl Volfa qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, mənimsəmə, rüşvət və çirkli pulların yuyulması ittihamları irəli sürüb. Onları 10 ilə qədər həbs cəzası gözləyir.



Müttəhimlər digər maliyyə cinayətlərinə və vergilərdən yayınmağa dair ittihamları da cavablandırmalıdır. Müttəhimlər kürsüsündə həmçinin Avstriya Mərkəzi Bankının keçmiş vitse-qubernatoru Volfhanq Duchatek, Mərkəzi Bankın keçmiş şura üzvü Con Miller, “OeBS” şirkətinin marketinq, satış və idarəetmə departamentlərinin rəhbərləri də yer alır. Prosesi hakim Georq Osçak aparır.

Məhkəmədə ittiham aktını prokuror Volkert Sakmann (Volkert Sackmann) oxuyub. Prokuror bildirib ki, hər şey 2005-ci ildə “OeBS” şirkətinin Sinqapurla ziyanlı biznesindən sonra böhrandan çıxmaq üçün göstərdiyi cəhdlərlə başlayıb. “OeBS” şirkəti maliyyə böhranından çıxmaq üçün “ekzotik ölkələrlə” işləməyin yollarını axtarıb.

Həmin vaxt Azərbaycanın Mərkəzi Bankına yeni banknotların - manatın çapı üçün şirkət tapmaq lazım idi. Yeni Azərbaycan manatının dizaynını avronu dizayn edən Robert Kalina verib.

“Azərbaycan Mərkəzi Bankının xahişi ilə manat çapına dair müqavilənin nominal dəyərinin 20 faizi onlara çatmalı idi. Hansı ki, sənədlərdə bütün pulların “OeBS” şirkətinə verildiyi göstərilməli idi. Rüşvət kimi ödənilən bu pullar Azərbaycan xalqına məxsus idi. Lakin rüşvət azərbaycanlıların pullarının hesabına ödənilsə də Avstriyanın banknot çap edən şirkəti rüşvətxorluq və mənimsəməyə vasitəçilik ittihamından yaxasını kənara çəkə bilməz” - deyə prokuror Sakmann bildirib.



Avstriyanın dövlət ittihamçısı deyib ki, Azərbaycan Mərkəzi Bankı manat çapı üçün ilk dəfə iri məbləğdə müqavilə bağlayıb. Bakıdakı yüksək vəzifəli məmurların bu müqavilədən özləri üçün tələb etdiyi 20 faizlik “şapka” isə 2005-ci ilin iyul ayında ödənilib.

Lakin ittiham aktından məlum olur ki, rüşvətin Azərbaycanın Mərkəzi Bankının rəhbərlərinə ödənilməsi əvvəlcə problem olub. Prokuror bildirib ki, tərəflər problemi həll etmək üçün çoxsaylı saxta hesab-fakturalar yaradıblar və rüşvət pullarını ora köçürüblər.

“Azərbaycanlılar hərisliklə gözləyirdilər ki, müqavilənin nominal dəyərindən 20 faiz onlara geri ödənilsin. “OeBS” şirkəti isə bu əməliyyatı o vaxtkı prezidenti Volfhanq Duçatekin iştirakı və razılığı olmadan həyata keçirə bilməzdi” - deyə prokuror bildirib.



İttiham aktına görə, azərbaycanlı məmurlara rüşvətin ödənilməsi “OeBS” şirkətinin yüksək vəzifəli əməkdaşları üçün çətinlik törətdiyindən nəhayət onlardan biri iki vəkilin köməyindən istifadə etməyi qərara alıb. Hazırda həmin vəkillər də müttəhimlər kürsüsündədir. Vəkillər rüşvəti ödəmək üçün Panamada qeydiyyatdan keçmiş offşor şirkətdən istifadə etməyi təklif ediblər və bu işin əvəzində məbləğin 4 faizini özlərinə istəyiblər.

“Venkoy” adlı həmin şirkət o vaxt 73 yaşı olan, vizit kartının üzərində elektron poçt ünvanını “TigerLilly” kimi göstərən qadının adına olub.

“Necə ola bilər ki, səhmlərinin 100 faizi ölkənin Milli Bankına məxsus olan şirkət “TigerLilly” ilə biznes qursun?” - deyə prokuror sual edib.

İttiham aktında göstərilir ki, “OeBS” şirkəti Suriyanın Mərkəzi Bankı ilə də eyni sxemlə işləyib.

“Suriyalılar azərbaycanlılara baxanda daha təvazökar olublar. Onlar müqavilənin nominal dəyərinin cəmi 14 faizini geri tələb ediblər” - deyə prokuror ironiya ilə bildirib.

Müttəhimlər kürsüsündə oturanlardan biri, “OeBS” şirkətinin keçmiş yüksək vəzifəli əməkdaşı qadındır. O, istintaqa verdiyi ifadədə deyib ki, bu rüşvət sxemində yer alan azərbaycanlılardan və suriyalılardan qorxur.

“Qadın qorxur ki, onlar ondan qisas alacaqlar, çünki onlarla çoxlu təmasları olub” - deyə prokuror bildirib.

Məhkəmə prosesinin növbəti iclası fevralın 19-na təyin edilib. Virtualaz.org bu qalmaqallı prosesi izləməkdədir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elman Rüstəmov işdən çıxarılır

    Elman Rüstəmov işdən çıxarılır ...

    30-03-2014, 15:00

  • 
  • Elman Rüstəmovun adı keçən rüşvət işi üzrə məhkəmə başlayır

    Elman Rüstəmovun adı keçən rüşvət işi üzrə ...

    15-01-2014, 16:03

  • 
  • "Bakıdan zəng edib məni hədələdilər..." - Qalmaqallı Vyana prosesi

    "Bakıdan zəng edib məni hədələdilər..." ...

    26-02-2014, 01:35

  • 
  • Elman Rüstəmov özünə vəkil tutub

    Elman Rüstəmov özünə vəkil tutub ...

    17-01-2014, 10:19

  • 
  • Elman Rüstəmov Vyana işini bağlayır

    Elman Rüstəmov Vyana işini bağlayır ...

    29-03-2014, 15:31


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (214)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu