“Azadlıq” qəzetinin çapını dayandırması ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, qəzetin çapının dayandırılması “Azərbaycan” Nəşriyyatına olan borcları ilə əlaqədardır.
R. Hacıyev qeyd edib ki, qəzet nəşriyyata olan 24 min manat borcunu ödəmək imkanına malik deyil. Qəzetin dəfələrlə məhkəməyə verildiyini deyən R. Hacıyevin sözlərinə görə, nəticədə xeyli cərimə yığılıb: “Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetindəki məlumatla bağlı məhkəməyə müraciət etdi və qəzet 30 min manat cərimələndi. Bizim cəhdimizlə Tağı Əhmədovla cərimənin 75 ay ərzində hissə-hissə ödənilməsi haqqında razılıq əldə olundu. Lakin sonradan Tağı Əhmədov bu razılaşmanı pozdu. Daha sonra qəzetin əməkdaşı “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova tərəfindən məhkəməyə verildi və qəzet cərimələndi. Nəticədə aprel ayında Yasamal Rayon Məhkəməsi qəzetin bank hesabına həbs qoydu. Oktyabrın 24-də “Azadlıq” qəzetinin məhkəmə qətnaməsini icra etməməsi ilə bağlı protokol verildi və bizdən 65 min manatlıq cərimənin ödənilməsi tələb edildi”.
R. Hacıyev əlavə edib ki, “Qasid” firmasının da “Azadlıq” qəzetinə borcu yaranıb: “2103-cü ilin oktyabrın 1-Nə qədər “Qasid” firmasının qəzetə 50 min manat borcu olması təsdiqlənib və borc ödənmir. Maddi vəsaitin olmaması nə cərimələrin, nə də qəzet əməkdaşlarının maaşını ödəməyə imkan verir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?