Bakıda baş verən kütləvi davada 3 nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qeydə alınıb.
Qobustan rayon sakini 25 yaşlı Vüqar Əzizov münaqişə zəminində bıçaqla Abşeron rayon sakinləri - 47 yaşlı Kamran Hüseynova və 22 yaşlı Şamil Bədəlova xəsarət yetirib. K. Hüseynov isə dəmir parçası ilə V. Əzizova xəsarət yetirib.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib. V. Əzizov və K. Hüseynovun vəziyyəti qənaətbəxş, Ş. Bədəlovun vəziyyəti isə ağır qiymətləndirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?