İctimai Televiziyanın Xəbərlər Departamentinin keçmiş rəhbəri İlham Sərxanlının yaratdığı saytda İTV-dən çıxarılan əməkdaşlardan heç biri hələlik yoxdur. “İnterpress” adlanan və hazırlıqları aparılan bu saytın İctimai Televiziyadakı neqativlikləri işıqlandıracağı və Cəmil Quliyevə qarşı olacağı doğru xəbər deyil. Açıqlanmayan maliyyə qaynağı ilə fəaliyyətə başlayacaq saytda Günay Arda, Leyla Əliyeva, Ulvira Qarayeva kimi imzalar olacaq.
Qeyd edək ki, Günay Arda və Leyla Əliyeva vaxtilə “Publika.az” saytının, Ulvira Qarayeva isə ANS TV-nin əməkdaşı olublar.
İTV-dən çıxan əməkdaşların işləmək üçün dəvət edilmədiyi və hazırlıqların GünAz TV-nin bazasında aparıldığı bu sayta jurnalist axtarışı başlayıb. İlham Sərxanlı öz “feysbuk” hesabında 1 illik iş təcrübəsi olan həmkarlarını işə dəvət edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?