Xocalı soyqrımının 22 -ci ildönümü ilə bağlı KXCP Ağsu rayon şöbəsinin fəalları və rayon içtimaətinin nümayəndələri Ağsu rayon Şəhidlər xiyabanını ziyarət ediblər. Verilən məlumata görə rayonun mərkəzindən Şəhidlər xiyabanına yürüş edən KXCP üzvləri şəhidlər xiyabanında çıxış edərək Erməni quldurlarının etdikləri vəhşiliyklər barədə ziyarətçilərə məlumat veriblər. Tədbirdə çıxış edən KXCP Ağsu rayon şöbəsinin sədri Yaqub Babalı çıxış edərək bildirdi ki: "Xocalı faciəsi artıq dünyanın bir çox ölkələrində öz hüquqi qiymətini almaqdadır.Təssüf ki, ölkəmizdə bütün vətənpərvər məsələlər kimi bu məsələ də lazımı diqqətdə saxlanılmır.Vətənpərvərlik ruhunun qaldırılması və torpaqlarımızın işğaldan azad olması üçün ciddi işlər görülmür". Ancaq buna baxmayaraq bu məsələlərin də özünün qiymətini tapacağını deyən Yaqub Babalı Azərbaycan xalqının faciələrinin baiskarlarının çox yaxın zamanlarda cəzalandıracağını da bildirdi.Bu gün Rusiyanın nökərçiliyini edən ermənilər mütləq etdiklərinin cəzasını alacaqlar deyən Yaqub Babalı Millətimizin bütün problemlərini yaxın zamanlarda həll edəcəyini dedi. Çıxış edən KXCP Ağsu rayon şöbəsinin məclis sədri Elşən Əlisoy Xocalı soyqrımının bəşəriyyətin ən qanlı cinayətlərindən biri olduğunu bildirdi. Elşən Əlisoy qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycan dərdlərini dünyada tanıtması barədə gördüyü işləri diqqətə çatdıraraq , hətda Türkiyə siyasətçilərinin bu barədə Azərbaycan hakimiyyətindən çox işlər gördüyünü bildirdi. Azərbaycan gəncliyinin bir amalı, bir məqsədi olmalırdır - o da Şəhidlərimizin qisasını almaq və itirilmiş torpaqlarımızın geri qaytarmaq olduğunu deyən Elşən Əlisoy erməni fəhşiliyinin hər yerdə təbliğ edilməsinin görməli olduğumuz ən vacib iş olduğunu diqqətə çatdırdı.Tədbirdə çıxış edən Qarabağ Qazisi Kamal Məmmədov Xocalı Faciəsi haqda öz xatirələrini bölüşərək o dövürdə baş verənlər barədə məlumat verdi. Kamal Məmmədov Azərbaycan gəncliyinin mütləq Qarabağı azad edəcəyinə və Şəhidlərimizin qisasını alacağına inandığını bildirdi. Sonda Məktəbli uşaqların Xocalı haqqında dedikləri şeirlər dinlənildi. Ziyarət tədbiri Azərbaycanın dövlət himni ilə başa vuruldu
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?