Cəbhəçi Aydın Xəlilovun meyitini asfaltın üstündə sürüyüblər
Martın 4-də, günorta saat 12.30 radələrində Salyanda KXCP üzvü Aydın Rafiq oğlu Xəlilovu vəhşicəsinə öldürüblər. Bu haqda “Gündəm Xəbər”ə KXCP Ali Məclisinin üzvü Tahir Abbaslı deyib ki, A.Xəlilovu yaşadığı Salyanın Qaraçala kəndindəki evindən naməlum şəxs çağırıb. Cəbhəçi həmin şəxsin gəldiyi qara rəngli “Pejo” markalı avtomobilə oturub və maşın Salyan-Şirvan istiqamətinə hərəkət edib. Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb. Meyitini Salyan-Şirvan yoluna ataraq üstündən bir neçə dəfə keçiblər. Paltarları maşının altına ilişən cəbhəçinin meyitini asfaltın üstündə sürüyüblər. Tahir Abbaslı bildirib ki, qara “Pejo”nun nömrə nişanları palçıqlı olduğundan kimsə onu görə bilməyib. 1965-ci il təvəllüdlü A.Xəlilovun kimin və niyə görə öldürməsinin səbəbi hələlik məlum deyil. Araşdırmalar davam edir. Məlumat diqqətimizdədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?