GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Aydın Bəşirovun gizli imperiyası üzə çıxdı

Aydın Bəşirovun gizli imperiyası üzə çıxdı

Tarix: 9-12-2013, 08:09 Bölmə :Siyasət Baxış: 669
  Aydın Bəşirovun gizli imperiyası üzə çıxdı
Dövlətdən taladığı ilə böyük bir donanma quran məmur ifşa olundu (sübutlar)
Sabiq CASPAR şefinin “Naftalan” tankerini azad etməməsinin səbəbləri bəlli oldu; Bəşirovun 120 milyon dollar dəyəri olan gəmilərinin siyahısı əlimizdə; o, işdən qovulmazdan 3 ay əvvəl Türkiyəyə böyük sərvət keçirib...
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovun gizlinləri haqda redaksiyamıza yeni məlumatlar daxil olub. Bu günə qədər onun varidatı siyahısında olan və özünün varlığını gizlətmədiyi çoxsaylı yaxtaları barədə məlumatlar dolaşırdı. Bir qədər əvvəl A.Bəşirov qohumlarına bəs edəcək qədər yaxtalara sahib olduğunu deməklə həmin məlumatları təsdiqləyib.

Onun özəl donanmaya sahibliyi haqda iddialar da var idi. Lakin həmin xəbərləri nə özü, nə də digərləri təsdiqləməmişdi. Əməkdaşımızın bu mövzudakı fəaliyyəti sayəsində redaksiyamıza unikal, təkzibi mümkünsüz olan sübutlar toplusu daxil olub. Onlardan bəlli olur ki, gəmiçilik sənayesinin sabiq şefi təsəvvür olunmaz dərəcədə iri biznes imperiyasına sahibdir. Onun Türkiyədəki şirkəti “Sailtrade Denizcilik ve Ticaret Ltd” adı ilə “Sti.: Nispetiye cad. Dilhayat Sokak No.24 34337, Etiler, İstanbul, Turkey” ünvanında qeydiyyatdan keçib.



Şirkətin təsisçisi Aydın Bəşirovun oğlu İlqar Bəşirovdur.

Bu şirkətin hazırda 12 yük və bir neçə sərnişin daşıyan gəmisi var. Gəmilər bunlardır:

1.Sail Baron
2. Sail Beauty
3. Sail Countess
4. Sail Daisy
5. Sail Duke
6. Sail Free
7. Sail Pride
8. Sail Prince
9. Sail Princess
10. Sail Queen
11. Sail Rose
12. Sail Star

Bu gəmilərin hər birinin qiyməti 5-15 milyon dollar arasındadır. Gəminin 1 günlük icarə haqqı 5-10 min dollardan başlayır. Oğul Bəşirovun sahibi olduğu bu gəmilərin toplam dəyəri 120 milyon dollardır. İ. Bəşirovun Azərbaycanda hansı bizneslə məşğul olması bəlli deyil. Bu vəsaitin onun atasına məxsusluğu şübhə doğurmur.

Sənədlərdə İ.Bəşirovun ortağı kimi “Kent Denizcilik Limited” şirkətinin rəhbəri Səbahəddin Su göstərilir.

Bu şirkətin nizamnamə kapitalı yarım milyon dollara yaxındır. Ən maraqlı məqamlardan biri isə şirkətin qeydiyyatdan keçmə tarixidir. Sənədlərə görə, Aydın Bəşirovun oğlu 17 iyul 2013-cü ildə şirkətin qeydiyyatı üçün Türkiyənin müvafiq qurumuna müraciət edib. 1 həftə sonra, 23 iyul 2013-cü ildə şirkət qeydiyyata alınıb.

İlk baxışdan bu tarix təqvimdəki adi günlərdən biridir. Amma nəzərə alsaq ki, cəmi 3 ay sonra, 22 oktyabr 2013-cü ildə A.Bəşirov işdən çıxarılıb, deyə bilərik ki, gəmiçilik şefi cəld tərpənib. O, Azərbaycanda əldə etdiyi on milyonlarla manat vəsaitlə xaricdə özünə biznes imperiyası qurub.

Bu məlumatlar həm də A. Bəşirovun azı 3 ay əvvəldən işdən çıxarılacağı haqda bilgili olduğuna dəlalət edir. Bu fakt onun “Naftalan” tankeri ilə bağlı tutduğu mövqeyin də hansı situasiyaya əsaslandığını göstərir.



Çünki “Naftalan”ın saxlanılması birbaşa CASPAR rəisinin nüfuzuna xələl gətirirdi.
Qeyd edək ki, bu il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidməti bir qədər əvvəl ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Naftalan” tankerini saxlayıb. Rusiya FTX-nin yaydığı rəsmi məlumatda tankerdə 3 milyon manatlıq oğurluq neft olduğu bildirilir. Tankerin kapitanı Asif İsmayıl oğlu Məhərrəmov və köməkçisi Ülvi Nobel oğlu Sultanzadə bu gün də Mahaçqalada həbsdədir. Tankerin 15 heyət üzvü isə tankerdə faktiki girov durumundadırlar. Onlar nəzarət altında tankerdən düşüb zəruri ərzaqları alaraq geri dönürlər. Hələ A.Bəşirov vəzifədə olarkən belə məlumatlar vardı ki, Rusiya tərəfi tankeri və həbsdə olan kapitanla köməkçisini azad etmək üçün külli miqdarda pul tələb edib. Konkret məbləğ də səsləndirilirdi - 5 milyon dollar. Həmin vaxt gələn məlumatlarda o da vurğulanırdı ki, Aydın Bəşirov yaxasını kənara çəkir, tələb olunan pulu verməyəcəyini söyləyir.

Əlimizə çatan son bilgilər A.Bəşirovun “Naftalan” tankerinin azad edilməsi üçün hərəkətsizlik etməsinin səbəbini açıq-aydın göstərir. Məlum olur ki, 2-si həbsdə olmaqla 17 azərbaycanlı faktiki girovluqda olduğu bir vaxtda A.Bəşirov yalnız idarəni təhvil verib mənimsədiyi on milyonlarla manatlıq mal-mülkünü xaricə çıxarmaqla məşğul olub.
Mövzuya qayıdacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ŞOK: Aydın Bəşirov həbsdən yaxasını necə qurtardı?

    ŞOK: Aydın Bəşirov həbsdən yaxasını necə qurtardı? ...

    16-03-2014, 12:41

  • 
  • Aydın Bəşirovun Odessada şəxsi donanması var- İDDİA

    Aydın Bəşirovun Odessada şəxsi donanması var- ...

    4-12-2013, 17:10

  • 
  • Aydın Bəşirovun Türkiyədə gəmiçilik şirkəti (VİDEO)

    Aydın Bəşirovun Türkiyədə gəmiçilik şirkəti ...

    10-12-2013, 01:17

  • 
  • Aydın Bəşirovun daha bir adamı vuruldu

    Aydın Bəşirovun daha bir adamı vuruldu ...

    10-01-2014, 18:21

  • 
  • Aydın Bəşirovun rektor qohumu vurulur

    Aydın Bəşirovun rektor qohumu vurulur ...

    9-12-2013, 11:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu