GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Laçının icra başçısından prezidentə şikayət

Laçının icra başçısından prezidentə şikayət

Tarix: 16-03-2014, 12:49 Bölmə :Ölkə Baxış: 777
Laçının icra başçısından prezidentə şikayət
Ağcabədi sakinin harayına cavab verən yoxdu

Laçın rayonunun Şeylanlı kəndindən məcburi köçkün, hal-hazırda Ağcabədi şəhər E.İsmayılov küçəsi, ev 45-də müvvəqqəti məskunlaşmış Baxışov Müqabil Baxış oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Məktubu olduğu kimi təqdim edirik:
“2012-ci ilin mart ayından başlayaraq bütün dövlət orqanlarına və KİV-lərə müraciət edirdim ki, Laçın rayonunun idarə və müəssisələri korrupsiya çirkabında boğulur. Aidiyyatı dövlət orqanları bu haqlı tələbimə susmaqla cavab verirdi. Dövlət orqanlarının rayonumuzda olan biabırçı vəziyyətə seyrçi mövqedən yanaşması Laçın rayonunun sabiq icra başçısı R.Cəbrayılovu mənə qarşı sərt tədbirlər görməsinə şərait yaratdı. Aidiyyatı dövlət orqanlarının vətəndaş hüquq və azadlıqlarımın pozulmasına biganə yanaşması sayəsində günahsız yerə həbs olundum, bütün əmlakım rüşvət alındı və mənə həm maddi həm də mnəvi zərər dəydi. 2013-cü ilin mart ayının 4-də Azərbaycan Respublikasının prezidenti İ.Əliyev cənablarının sərəncamı ilə Laçın rayon İH-nın Başçısı R.Cəbrayılovun tutduğu vəzifədən azad edilməsi və həmin vəzifəyə A.Səlimovun təyin olunması bizləri nə qədər sevindirdisə də, bir o qədər də yanıldığımızın şahidi olduq. A.Səlimov rayona rəhbərlik etdiyi bu bir il müddətində rayon 1992-ci ilin hakimiyyətsizliklərini, özbaşnalıqlarını yenidən yaşadı. Korrupsiya, rüşvətxorluq, əliəyrilik hakim oldu. A.Səlimov əvvələr polis rəisi işlədiyindən rayonu totalitar polis rejimi ilə idarə edir. Haqqı tələb edən sakinlər, ədaləti işıqlandıran mətbu orqanlar məhkəmələrlə hədələnir. Azərbaycan Respublikasının möhtərəm Prezidenti İ.Əliyev cənablarının ölkə məmurlarına verdiyi ciddi tapşırıqlardan da A.Səlimov heç bir nəticə çıxarmadı. A.Səlimovun şəxsi maraqları Laçının təhsilini də dəhşətli bir fəlakətlə üz-üzə qoyub. 2013-2014-cü tədris ilində məktəblərin qızdırılmasına, inventar və avadanlıqların alınmasına, məktəblərin əsaslı və cari təmirinə ayrılmış vəsaitin 50-60%-i şəxsi ciblərə axdı. 2013-cü il ərzində rayonun bir sira fin tipli məktəblərinin təmirinə ayrılmış vəsaitlə hətta yeni məktəb tikmək mümkün olardı. Halbuki, həmin vəsaitin 10 %-dən artığı həmin məktəblərə xərclənməyib. 2013-2014-cü tədris ilində rayon məktəblərinin hesabatları qəbul olunarkən sinif komplektlərinin sayı nəzərə alınmaqla hər bir məktəb direktorundan 300-700 manat məbləğində vəsait toplanıldı. Korrupsiyanın hakim olduğu rayonumuzda elə məktəblər var ki, qapısı aylarla açılmır. Hətta, bir çox məktəblərin şagird və müəllimləri bir birini tanımırlar. Məktəblərdən aylıq yığılan vəsaitin acı nəticəsidir ki, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı dərsləri bir çox məktəblərdə formal olaraq ibtidai sinif və fiziki tərbiyyə müəllimlərinə "tədris" etdirilir. Bunun da nəticəsində təlimin və tədrisin keyfiyyəti olduqca aşağı düşür.
Rayonun kadr siyasəti də A.Səlimovun şəxsi maraqlarına xidmət edir. Hətta vəziyyət o yerə çatıb ki, A.Səlimov öz şəxsi maraqları naminə saxta diplomlu "kadrları" idarə müdiri, məktəb direktoru, icra nümayəndəsi və s. təyin edir. Rayonun yaşıllaşdırma idarəsinə ayırılan vəsaitin 30%-i təyinatı üzrə xərclənsəydi, Taxta Körpü qəsəbəsi ərazisində böyük bir meşə massivi salınmış olardı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, rayon mərkəzi sayılan Taxta Körpü qəsəbəsinin abadlığı üçün ayrılmış vəsaitin də 60-70 %-i mənimsənilir. Buna misal olaraq göstərə bilərəm ki, A.Səlimov başçı işlədiyi bu bir il ərzində Taxta Körpü ilə 552 saylı köçkünlər qəsəbəni birləşdirən 3 km-lik yolun kənarında salınan səki hələ də başa çatmayıb. Çünki hər il abadlığa ayrımış vəsaitin böyük bir hissəsi bu yol kənarındakı səkinin salınmasına yazılaraq mənimsənilir. Yuxarıda göstərdiklərimin nəticəsidir ki, A.Səlimov işlədiyi bu bir il ərzində respublikanın ayrı-ayrı bölgələrində məskunlaşmış Laçınlı köçkünlər bir neçə dəfə A.Səlimova etiraz əlaməti olaraq dövlət yolunu kəsməyə cəhd etmişdirlər.
Hörmətli redaksiya!
Rayonumuzda yaranmış bu korrupsiya fırtınasına etirazımı bildirdikdə yenidən həbs olunacağımla hədələnirəm. Bu hədələrin real olacağına əmin olduğum üçün sizin vasitənizlə ölkə prezidentimiz İ.Əliyev cənablarından kömək istəyirəm. Əgər Azərbaycan dövləti təhlükəsizliyimi təmin etməzsə, hər hansı bir xarici ölkədən sığınacaq istəmək məcburiyyətində qalacağam”.
Laçın rayonun Şeylanlı kəndindən məcburi köçkün, hal-hazırda Ağcabədi şəhər E.İsmayılov küçəsi ev 45-də müvvəqqəti məskunlaşmış, Laçın rayon təhsil şöbəsində metodist vəzifəsində çalışan Baxışov Müqabil Baxış oğlu. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
N.KƏRİMLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eks-icra başçısından prezidentə müraciət: “Bu başçı barədə tədbir görün”

    Eks-icra başçısından prezidentə müraciət: “Bu ...

    7-05-2013, 11:17

  • 
  • Laçın sakini Zakir Qaralovdan kömək istədi

    Laçın sakini Zakir Qaralovdan kömək istədi ...

    28-02-2013, 11:02

  • 
  • Laçın ermənilərin, sakinlərini isə yerli məmurların əsarətində

    Laçın ermənilərin, sakinlərini isə yerli ...

    10-12-2012, 13:09

  • 
  • Korrupsiya yuvasına çevrilən təhsil şöbəsi

    Korrupsiya yuvasına çevrilən təhsil şöbəsi ...

    27-04-2016, 17:16

  • 
  • “MONAPOLİST” İCRA BAŞÇISINDAN – PREZİDENTƏ ŞİKAYƏT

    “MONAPOLİST” İCRA BAŞÇISINDAN – PREZİDENTƏ ŞİKAYƏT ...

    14-01-2016, 21:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu