Kaliforniya Yanğınsöndürmə İdarəsi yanğından sonra meşədə yanmış bir dalğıc cəsədi tapdı. Üstəlik, bu cəsəd dalğıc paltarı, dalğıc üzgəci, dalğıc maskası və dalğıc balonu ilə “tam təchizatlı” bir dalğıc cəsədi idi. Əlbəttə ki, belə bir cəsədin meşə yanğınında tapılması çox təəccüblü idi. Ancaq polis hadisəni araşdırdıqdan sonra bütün sirlər ortaya çıxıb. Əslində hadisə belə baş verib. ANS PRESS-in məlumatına görə, dalğıc o gün meşədən 20 km məsafə uzaq olan dənizə girmişdi. Meşədə yanğın baş verəndə yanğınsöndürən vertolyotları su götürmək üçün o dənizə gedib. Su çənlərini dənizə salaraq, oradan yanğını söndürmək üçün su çəkmişdi. Bu vertolyotlardan biri körfəzdən su çəkərkən dalğıcı da su ilə birlikdə “çəkmişdi”. Sonra da yanğın yerinə apararaq, orada (üstəlik neçə metr yüksəklikdən) yanğının içinə atıb. Nəticədə dalğıc yanaraq ölüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?