Bakıda son günlər yolların rənglənməsi və xətlərin çəkilməsi ilə əlaqədar avtomobillərin hərəkətinin məhdudlaşdırılması mütəmadi hal alıb. “Azəryolservis” yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə Bakının əsas yollarının, xüsusilə də hava limanı yolu və digər böyük prospektlərində hərəkəti məhdudlaşdırır. Ən pisi odur ki, bütün bu işlər günün işıqlı vaxtı, hərəkətin intensiv vaxtı həyata keçirilir. Görəsən, belə işlərin gecə saatlarında aparılması mümkün deyil? "gundemxeber.az" xəbər verir ki, “Azəryolservis”ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, gecə saatlarında da işlər görülür. Onun sözlərinə görə, rəngləmə işlərinin aparılması üçün hansı saatlar uyğundursa, o vaxt da işlər görülür: “Bu işlər sizin sifarişlə edilmir ki? Elə ərazilər var ki, orada gecələr iş görülür. Mənə belə sual vermək lazım deyil. Məndə məlumat olur ki, yollar rənglənəcək. Mənə deyirlər məlumatı yay, mən də yayıram. Gecə saat 2-də çıxın görün hava limanı yolunda necə hərəkət var. Neftçilər prospekti rəngləndi gecələr, məsləhət olanda iş gecələr aparılır. Gecə işlər aparılanda sizi çağıracam. Şəhərin istənilən yerinə gəlib çəkər və şahidi olarsız”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?