Bir gündə rayonda yüzlərlə sakinin yardımı kəsildi
İmişli rayonundan redaksiyaməza olduqca ilginc bir məlumat daxil olub. Məlumata əsasən, Əmək və Əhalinin Solsial Müdafiə Nazirliyinin yerli şöbəsində bayram günlərində 305 nəfərin ünvanlı sosial yardımı ləğv edilib. Məlumat verən rayon sakini bildirir ki, yerli şöbənin rəhbəri Anar Əliyevin ləğvetmədən xəbəri olmayıb. Bütün prossesi yerli şöbənin müavini Könül Cavadovanın həyata keçirdiyi bildirilir. Məlumatlara əsasən, K.Cavadova yardımını ləğv etdiyi vətəndaşları qəbul edib, onların etirazlarını dinləməkdən də imtina edib. “Hazırda rayon “sobez”inin qarşısında yüzlərlə insan var. Yardımı ləğv edilmiş adamlara deyiblər ki, guya onların şəxsi mülkiyyətində avillər var. Lakin DYP-dən arayış alıb gətirsələr də, yardımı ləğv edilən vətəndaşları dinləyən yoxdur. Burada Anar Əliyev guya sədrdir. Amma adamın heç nədən xəbəri yoxdu. Bakıdan gəlib, rayonda heç bir iş görə bilmir. Sadəcə olaraq bütün bəlaları başımıza Könül Cavadova gətirir” deyə şikayətçi vətəndaşlardan biri bizimlə söhbətində dedi. Qeyd edək ki, ünvanlı sosial yardımı ləğv edilən 305 nəfərlə bağlı hələlik nazirlikdən rəsmi açıqlama almaq mümkün olmayıb. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. RÜFƏT
Sorğu
Yeni dizaynımız necədir?