“Gündəm xəbər”ə İmişli rayonundan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanmış şikayət məkbutu daxil olub. Məktubu olduğu kimi təqdim edirik: - 75 yaşım var. Onun 30 ilini idarə müdiri işləmişəm. Müəyyən edilmiş komissiyanın tərtib və təsdiq etdikləri aktları ləğv etmək yalnız məhkəmənin səlahiyyətində olduğunu bildirim, amma komissiyanın rəyinin adi təftişçilərin ləğv etməsini nə görmüşdüm nə də eşitmişdim. Oğlum Həsənov Vahid Əmir oğluna sosial yardım təyinatını sosial komissiya təsdiq etmiş və 2013-cü noyabr ildən almağa başlamışdır. Lakin sizin təyin etdiyiniz rayon Sosial idarəsinin rəisi Anar Əliyevin imzası ilə aldığımız məktub məni sarsıtdı. Beləliklə, çərşənbə axşamı bayram günü ləğv məktubu bayramımızı qaraya boyadı. Ona görə yox ki, oğlum aldığı pulu geri qaytarmaq üçün məktub almışdı. Dövlətin yardımını geri qaytartdırmaq nə dövlətçiliyə, nə də müsəlmançılığa ziddir. Guya Vahidin adına maşın var. Arayışları təqdim edirəm. İnspektorlarınıza da təqdim etmişdim. Sənədlərin təhvil alınması proseduru olmadığından təəssüf hissi edirəm. Amma belə getməz. Öyrəndim ki, Anar Əliyev daha 305 nəfərə bu cür məktub göndərib. Amma nəzərə almalısınız ki, dilənçiyə verilən pulları hələ heç kim geri almayıb. Sizin nəzərinizə çatdırıram ki, dövlətimizin qanunlarına hörmət edirəm və onun qarşısında baş əyirəm. Mən Anar Əliyevin və müavini Könül Cavadovanın qəbulunda oldum onlara bildirdim ki, mənim oğlumun maşını yoxdur, heç eşşək arabası da yoxdur. “Gündəm xəbər” qəzetində Səlim Müslümovun şəkili ilə birlikdə bu barədə yazı da getmişdir, “Reytinq” qəzetində də getmişdir. Anar Əliyev mənə bildirdi ki, biz o kağıza oxşar qəzetləri oxumuruq, müxalifət qəzetlərinə nifrət edirik biz “Azərbaycan”, “Səs”, “Kaspi” və dövlət qəzetlərini oxuyuruq. Ona bildirdim ki, Azərbaycan qəzeti Prezidentin Sərəncamını vermir. Əgər sənin xoşlamadığın müxalifət qəzetləri olmasa, sənin kimilər bu millətin başında turp əkərlər, necə ki, mənim oğlumun və 305 nəfərin başında əkmisən. O pulu dövlət verir, dövlətin ali orqanı da məhkəmədir. Mən sizi məhkəməyə verəcəyəm, mənə bildirdi ki, əlin hara hündürdü ora qoy. Könül Cavadovanın da yanında oldum. Müdirli, müavinli hər ikiniz Səlim Müslümovun kadrlarısınız. Səlim Müslümov demir ki, gedin camaatı prezidentin üstünə qaldırın. Vaxtı ilə Hüseyn Cavid demişdi: İdraki sönük başçıların qəfləti ancaq, Etmiş, edəcək milləti əllərdə oyuncaq. Allah sənə rəhmət eləsin Hüseyn Cavid əfəndi. Odur ki, bir daha mənim oğlumun sənədlərini qanunamüvafiq araşdırılmasını tələb edirəm, gənclərin ruhlarını öldürmək günahdır. İmza: Həsənov Əmir Dəmir oğlu
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?