Türkiyə Xarici İşlər Nazirliyindəki təhlükəszlik toplantısında gedən danışıqları dinləyərək internetə sızdırdığına görə Gülən hərəkatına qarşı əməliyyat başlayıb. "gundemxeber.az" “Axar.az”a istinadən xəbər verir ki, Dövlət sirlərini dünya ictimaiyyətinə çatdıran Gülən hərəkatının media sahəsindəki üzvləri bir-bir həbs olunur.
Aytac, Baransu və Opçin
Məlum dinləmənin internetə sızdırılmamışdan əvvəl bir televiziya proqramındakı çıxışında nazirlikdəki toplantıdan xəbəri olduğunu deyən Öndər Aytac Ankarada həbs edildiyini xəbər vermişdik. Öndər Aytacdan sonra isə hərəkatın mediadakı ciddi simaları olan Məhmət Baransu və Tuncay Opçin də həbs olunub.
Əmrə Uslu qaçdı
Hakkında yaxalanma qərarı çıxarıldığı bildirilən digər jurnalist Əmrə Uslu yaxalanacağı xəbərini eşidərək xaricə qaçdığı iddia edilib.
Vətənə xəyanət
Xatıladaq ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan isə Van və Diyarbəkir mitinqlərində bu qanunsuz dinləmələrdə əli olanların vətənə xəyanət etməkdə mühakimə olunacaqlarını demişdi.
***
Türkiyədə polis tərəfindən saxlanılan jurnalist-yazar Öndər Aytaç azadlığa buraxılıb. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, casusluq ittihamı ilə aparılan istintaq çərçivəsində saxlanılan Ö. Aytaç ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?