GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əsgər anasından prezidentə şok müraciət

Əsgər anasından prezidentə şok müraciət

Tarix: 30-03-2014, 14:15 Bölmə :Ölkə Baxış: 864
Əsgər anasından prezidentə şok müraciət
Ortaya çıxan faktlar niyə araşdırılmır?

Ötən il dekabrın 11-də “N” saylı hərbi hissənin əsgəri Orxan Alıyev dünyasını dəyişib. Onun anası Xanım Alıyeva redaksiyamıza müraciət edərək 1994-cü il təvəllüdlü oğlunun rəsmən bildirildiyi kimi “hipertrafik kardiomiopatiya”dan dünyasını dəyişmədiyini qeyd edib:
“12-ci ay idi ki, Naftalandakı “N” saylı hərbi hissədə qulluq edirdi. 2013-cü il dekabrın 11-də gecə 00:30-da müəmmalı şəkildə qətlə yetirilib. Halbuki 00:25-dək qardaşı ilə mobil telefon əlaqəsində olub. Danışıq zamanı kənardan müdaxilə eləyənlər olub və oğlum telefon danışığına “otboy” vermədən həmin adamlarla qarşılıqlı kobud söyüşlərlə mübahisə ediblər. Hadisədən dərhal sonra hərbi hissə komandanlığı tərəfindən meyitə prokurorluq orqanlarının baxışı və müayinəsi olmadan Tərtər Hərbi regional tibbi ekspertizasına göndərilib. Valideyn kimi bizim hüquqlarımız kobud surətdə pozulub, bizə məlumat hadisədən 8 saat sonra verilib. Halbuki, vaxtında məlumatlanmış olsaydıq, oğlumun ekspertizasında iştirak etmiş olardıq. Və bu qədər də ayrı-ayrı dövlət məmurlarının qapısını döyməzdik. Mənim oğlum tamamilə sağlam olub, bir neçə dəfə xidmətə gedənə qədər səfərbərlik idarəsinin tibbi komisiyyası tərəfindən , bir dəfə də MNX-nin kardioloji şöbəsində rəngli dopler, exokardioqrafiya olunub və hamısında nəticə olaraq sağlam olmasına görə arayış verilib. Tabutu evimə gətirəndə tələb etdim ki, tabut açılsın və bizim iştirakımızla ekspertiza olunsun. MN hərbi-tibbi ekspertizasının rəisi Rasim Əliyev iştirak edirdi, oğlumun cəsədi tabutdan çıxarılmadı, heç bir geniş müayinə keçirilmədi. Bir onu gördüm ki, oğlumun qarın boşluğunun dərisi kürəyinə yapışıqlı kimidir.
Bu da haqlı olaraq məndə şübhə oyadır ki, oğlumun cəsədinin daxili orqanları çıxarılıb. Buna görə də oğlum öldürülən gündən bu vaxta qədər əlaqədar dövlət orqanlarına yazılı ərizələrlə, telefon danışıqları ilə və mətbuat orqanları vasitəsilə oğlumun cəsədinin ekshumasiya olunmasını tələb etmişəm. Mənim ərizələrim cavabsız qalıb. 3 ay vaxt keçəndən sonra mənə deyirlər ki, indi meyiti təkrar açıb baxış keçirmək istəyirik. Razıyam açılsın. Ancaq bir şərtlə ki, tibbi ekspertlər yazılı şəkildə təminat versinlər ki, meyidin tamlığı qorunub saxlanıb, meyit çürüməyib, meyit tanınmaz formaya düşməyib, orqanları çürüməyib. Əgər bunlara təminat vermirlərsə, meyidin açılmasına artıq razı deyiləm. Çünki bilərəkdən gecikdirilib ki, meyit çürüsün. Bunların əgər başqa məqsədləri olmasaydı, oğlum ölən kimi məni məlumatlandırardılar və mən də hadisə yerində iştirak edərdim. Mənə qəsdən vaxtında məlumat verməyiblər ki, izləri itirsinlər və orqanları satış məqsədilə rahat-rahat maneə olmadan çıxarsınlar. Hadisənin 2 ayına qədər istintaq araşdırma səviyyəsində aparılıb, yalnız təkidli şikayətlərimizdən sonra 2014-cü il fevralın 5-də CM-nin 342.2 maddəsiylə cinayət işi başlanıb”.
Şikayətçi bildirib ki, cinayət işində heç bir real hərəkət yoxdur. Şübhələndikləri şəxslər istintaqa cəlb edilmir: “Prokuror Fuad Məmmədov dedi ki, siz zərərçəkmiş deyilsiniz, mən sizi zərərçəkmiş kimi qəbul etmirəm”, X.Alıyeva qeyd edib ki, oğlu müxtəlif instansiyalarda dəfələrlə həkim tibb komissiyasından keçib və “tam sağlamdır və yararlıdır” deyə arayışlar verilib: “18 yaşlı oğlumun hərbi xidmətdə 12 aylıq qulluğu zamanı, sağlamlığı ilə bağlı heç bir şikayəti olmayıb, əksinə, qulluq etdiyi hərbi hissədə bütün döyüş hazırlığını keçmiş, fiziki hazırlıq üzrə bütün normativləri yüksək səviyyədə ödəyərək hərbi hissənin komandanlığı tərəfindən təşəkkür olaraq öz növbəsindən əlavə doğmaları ilə görüşmək üçün məzuniyyətə göndərilmişdir. Bütün bunlara baxmayaraq oğluma saxta “hipertrafik kardiomiopatiya” diaqnozu qoyulub”.
Şikayətçi prezidentdən kömək istəyir: “Cənab Prezident, prokurorluq orqanları başladıqları cinayət işində bizi zərərçəkmiş qismində tanımırlar, haqlı tələblərimizi yerinə yetirmirlər. Hadisə 3 aydan artıq bir müddət keçməsinə baxmayaraqs istintaq obyektiv aparılmır, öldürülmə faktı ört-basdır edilir, faktlara söykənən şübhələrimiz Tərtər hərbi prokuroru Fuad Məmmədov tərəfindən araşdırılmaq əvəzinə əsassız sayılır və nəzərə alınmır. Oğlumun qatillərinin tapılmasında bizə kömək etmənizi və oğlunu itirmiş əsgər valideyni kimi bizi bir neçə dəqiqəliyinə qəbul etmənizi xahiş edirik”.
Sadıq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yatıb durmayan əsgərin ölümündə müəmmalar...

    Yatıb durmayan əsgərin ölümündə müəmmalar... ...

    23-12-2013, 00:55

  • 
  • Öldürülmüş əsgərin atasının fəryadı...

    Öldürülmüş əsgərin atasının fəryadı... ...

    30-01-2014, 17:50

  • 
  • Azərbaycan əsgəri müammalı şəkildə dünyasını dəyişib

    Azərbaycan əsgəri müammalı şəkildə dünyasını ...

    5-09-2013, 13:22

  • 
  • Naftalanda öldürülən əsgərin anasından məktub

    Naftalanda öldürülən əsgərin anasından məktub ...

    24-12-2013, 23:47

  • 
  • Əsgər hərbi hissədən qaçıb

    Əsgər hərbi hissədən qaçıb ...

    23-01-2014, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu