GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Anar Məmmədovun Abbas Bağırovla 140 minlik davası

Anar Məmmədovun Abbas Bağırovla 140 minlik davası

Tarix: 2-04-2014, 11:11 Bölmə :Ölkə Baxış: 790
Anar Məmmədovun Abbas Bağırovla 140 minlik davası
Azərbaycanın əməkdar artisti Abbas Bağırov “Bank of Azerbaijan” tərəfindən məhkəməyə verilib.
Məlumata görə, A.Bağırov xeyli müddətdir ki, “Bank of Azerbaijan”dan böyük məbləğdə kredit götürüb. 2008-ci ilə təsadüf edən kredit rəsmiləşdirməsi sonradan problemli məsələyə çevrilib. Belə ki, üstündən 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq A.Bağırov bankdan götürdüyü 140 min manatı qaytarmayıb. Bu səbəbdən də bank müğənnini məhkəməyə verərək 140 min manatı geri tələb edir.
2011-ci ildə keçirilmiş məhkəmə araşdırmaları zamanı A.Bağırovun adına olan kreditinin şübhəli girov sənədləri əsasında rəsmiləşdirildiyi aşkar olunub. Məlum olub ki, kreditin əvəzində banka girov kimi qoyulmuş obyektin müğənniyə heç bir aidiyyatı yoxdur. Sonradan müğənni girov kimi banka özünəməxsus səsyazma studiyasını qoyub. Beləliklə, məhkəmə vəsaitin ödənilməsi ilə bağlı qətnamə çıxarıb və cavabdehə daha bir müddət vaxt verilib.
Lakin A.Bağırov bundan sonra da banka vəsait ödəməyib və beləliklə, onun adına olan 140 min manatlıq kredit faiz artımları ilə birgə iki dəfədən çox artıb. Məlumata görə, sonuncu məhkəmə prosesi 2014-cü ilin yanvar ayına təyin olunsa da, A.Bağırov məhkəməyə gəlmədiyindən işin baxılması təxirə salınıb.
Qeyd edək ki, A.Bağırov Gəncə şəhərində qeydiyyatda olduğundan onun problemli krediti üzrə işə Gəncə İnzibati İqtisad Məhkəməsində baxılır. Müğənniyə qarşı məhkəmə davasını isə “Bank of Azərbaijan”ın baş ofisi açıb.
Maraqlıdır ki, kreditin verilməsindən 6 ilə yaxın vaxt keçməsinə və cavabdehin bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasına baxmayaraq onun hazırda banka qoyulmuş girovuna toxunulmayıb. Halbuki, başqa hallarda cavabdehin gecikdirdiyi kreditə görə girovu qısa müddət ərzində bank tərəfindən müsadirə olunur.
Elə məsələnin ən maraqlı məqamı da buradan başlayır. Heç kəsə sirr deyil ki, “Bank of Azərbaijan” Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nəzarətindədir. Hamı bilir ki, Abbas Bağırov Anar Məmmədovla dost münasibətindədir. Anar Məmmədovun mahnılarını da elə Abbas oxuyur. Tez-tez görüşürlər, hansısa mahnı üzərində işləyirlər. Amma bir tərəfdən də Anar Məmmədov Abbası borca görə məhkəməyə verib.
Hətta bir neçə il əvvəl “Aləm gözəldi” mahnısının üstünə dava düşəndə əməkdar artist Abbas Bağırov həmkarı Ramalın deyil, nazir oğlunun yanında yer aldı. Əslində mahnının Ramala məxsus olduğu hamıya aydın idi.
Biz məsələnin bu tərəfinə toxunmayaraq işin pərdə arxasında dayanan şok məqamlara aydınlıq gətirmək istəyirik. Redaksiyamıza daxil olan məlumatda o da qeyd olunur ki, əslində müğənninin banka olan borcu böyük bir fırıldaqdır. Daha doğrusu, Anar Məmmədovun sahibi olduğu bankdan pul çıxarmaq üçün istifadə etdiyi variantdır. İddia olunur ki, nazir oğlu müxtəlif adamların adına kredit rəsmiləşdirməklə bankdan milyonlarla pul çıxararaq özünün bildiyi təyinat üzrə xərcləyib. Sözügedən məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparıldığı barədə də məlumat var. O məqamda bizə məlum olub ki, “Bank of Azərbaijan”la müxtəlif müştərilər arasında kredit öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı problem mövcuddur və hər biri iş üzrə məhkəmə çəkişməsi gedir. Çox maraqlıdır ki, həmin müştərilərin heç birinin nə əmlakı müsadirə olunub, nə də onlara qarşı tədbir görülüb. Təkcə onu deyək ki, bankla məhkəmə çəkişməsində olan Abbas Bağırov son bir neçə ildə demək olar hər gün Anar Məmmədovla görüntülənir.
Qeyd edək ki, “Bank of Azerbaijan”ın səhmlərinin böyük hissəsi “Bağlan Group”un rəhbəri, Nəqliyyat naziri Ziya Məmmədovun şəriki “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsusdur: Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%), Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%), Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN(12.07%), NEM Holdinq 335.000 AZN(0.67%). Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur.
Səbuhi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53

  • 
  • Ziya Məmmədovun bankı iflasa uğrayıb

    Ziya Məmmədovun bankı iflasa uğrayıb ...

    8-05-2014, 10:54

  • 
  • Bankların müştəriləri ilə məhkəmə çəkişməsi davam edir

    Bankların müştəriləri ilə məhkəmə çəkişməsi davam ...

    7-12-2015, 14:18

  • 
  • İpoteka güzəştinin qaranlıqları

    İpoteka güzəştinin qaranlıqları ...

    25-02-2013, 11:18

  • 
  • “Dəmirbank”dan nazirin qardaşı haqda açıqlama verildi

    “Dəmirbank”dan nazirin qardaşı haqda açıqlama ...

    11-09-2013, 15:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu