GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bəxtiyar Sadıqov: “bataqlıqda boğulan” deputat

Bəxtiyar Sadıqov: “bataqlıqda boğulan” deputat

Tarix: 21-11-2013, 01:00 Bölmə :Manşet Baxış: 3 626
Bəxtiyar Sadıqov: “bataqlıqda boğulan” deputat
«Azərbaycan» qəzetinin baş redaktoru haqda inanılmaz faktlar
Əslində, onu mətbuat aləmində tanımayan yoxdur. Çoxları onu «Azərbaycan» qəzetinin baş redaktoru kimi tanıyır, bir çoxu millət vəkili kimi, bir çoxu isə... Əlqərəz, söhbətin kimdən getdiyi yəqin ki, sizə məlum oldu. O, seçiciləri tərəfindən illərdir ki, axtarışda olan və tapılmayan Bəxtiyar Sadıqovdur. Kimdir Bəxtiyar Sadıqov? Olduğu kimi görünəndir, yoxsa?.. Onda gəlin bizlər Bəxtiyar Sadıqov personası ilə yaxından tanış olaq.
İlk əvvəl qeyd edək ki, o, «Azərbaycan» qəzetinə baş redaktor keçən kimi Yeni Azərbaycan Partiyasının təşkilat sədrini heç bir əsas olmadan işdən çıxarıb. Bunu da belə izah edib ki, YAP «Səs» və «Yeni Azərbaycan» qəzetinlərinə lazımdır «Azərbaycan» qəzetinə yox. «Bakı xəbər» qəzetində prezidentin əleyhinə kəskin məqalələr yazan bir müxalifətçini «Azərbaycan» qəzetinə işə götürən də Bəxtiyar Sadıqovdur. Qeyd edək ki, həmin müxalif yazar məhz «Azərbaycan» qəzetində Özbəkistan prezidentini təhqir etmişdi. Bu yazı ilə bağlı iki ölkə arasında münasibətlər pozulmuşdu. Bundan sonra Bəxtiyar Sadıqova şiddətli töhmət verilmiş, həmin müxalif isə işdən çıxarılmışdır.
Bakı meri Hacıbala Abutalıbov haqqında çıxan yazıları da o, müxalif qəzetlərdən birinin baş redaktorunun sifarişi ilə verirdi. Fəaliyyəti dövründə daima ikibaşlı oyun oynayan B.Sadıqov 2000-ci ildə YAP-a daxil olub. Maraqlıdır ki, görəsən ümummilli lider Heydər Əliyevə öz «sədaqətini» nümayiş etdirmək istəyən B.Sadıqov 1992-ci ildə təsis olunmuş YAP-a niyə 8 il sonra daxil olmuşdur? Özü də çox qəribə bir şəkildə. İndi deyəcəksiniz ki, bunda qəribəlik nədir? Belə ki, YAP-ın nizamnaməsinə görə, hər bir insan yaşadığı və ya işlədiyi rayondan YAP-a üzv keçə bilər. Lakin daim düzlükdən danışıb «həqiqət axtarışında» olan B.Sadıqov Yasamal rayonunda yaşayıb işləməsinə baxmayaraq, nədənsə Abşeron rayonunda YAP-a üzv yazılıb.
27 fevral 2003-cu il tarixində isə o, qəzetlərin birində ölkə rəhbəri haqqında yersiz ifadələr işlətməklə ermənilərə və ermənipərəst qüvvələrə sanki dəstək olub. 11 oktyabr 2003-cü il tarixində B.Sadıqov «Azərbaycan» qəzetində «Müsavat» başqanı İsa Qəmbəri təbliğ edərək qəzetin bir səhifəsi boyu onun şəklini vermişdir. Həmin səhifədə prezidentliyə namizəd İsa Qəmbərin platforması əvəzinə, şəklin üzərində onun «Qələbəyə üç gün qalıb» ifadələri və yaxud 12 oktyabr 2003-cü il tarixində mitinqdə çağırışları əks olunub. O zamanlar B.Sadıqov elə zənn edirdi ki, İsa Qəmbər prezident olacaq. B.Sadıqov o zaman bilərəkdən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin üç - 83, 83.6 və 88-ci maddələrini kobud şəkildə pozmuşdur.
«Azərbaycan» qəzetinin 2002-ci il 27 noyabr tarixli sayında isə 2003-cu ildə keçiriləcək prezident seçkilərində ABŞ-ın müxalifəti dəstəklədiyi və müxalifətə 10 milyon dollar göndərildiyi bildirilmişdir. Ermənistan rəhbərlərinin qondarma erməni soyqırımının tanınması barədə dünya ölkələrinə etdiyi müraciətlər demək olar ki, rədd edilir. Amma təəssüflər olsun ki, Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetində guya ölkəmizdə erməni soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi barədə yalan, təxribat xarakterli məlumat dərc olunmuşdu. Özü də bu yanlış məlumat ermənilərin qondarma erməni soyqırımının 90 illiyini qeyd etmək istədikləri ərəfədə yayılmışdı.
Rəsmi dövlət qəzetinin 22 aprel 2005-ci il tarixli sayının 4-cü səhifəsindəki «Türkə qarşı erməni soyqırımları beynəlxalq elmi konfrans öz işinə başlamışdır» sərlövhəli məqaləsinin 1-ci sütunun 3-cü abzasında yazılıb: «Konfrans iştirakçıları erməni soyqırımı və terror aktları qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər». Həmin məqalədə qeyd olunur ki, aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin akt salonunda A.Bakıxanov adına Tarix İnstitutunun və Türk Dünyası Araşdırmalar Vəqfinin «Türkə qarşı erməni soyqırımı» mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfrans ermənilərin türklərə qarşı törətdikləri soyqırımdan bəhs olunurdu. Konfrans iştirakçıları ermənilərin türklərə qarşı törətdikləri soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişdilər. Lakin «Azərbaycan» qəzeti yazır ki, erməni soyqırımının xatirəsi yad edilmişdir. Əslində, tarixdə erməni soyqırımı olmayıb. Maraqlıdır ki, dövlət qəzeti, Milli Məclisin orqanı «Azərbaycan» qəzeti niyə qondarma erməni soyqırımını təbliğ edir və ermənilərin əlinə şans verir? Axı o vaxt Milli Məclisin sədri Murtuz Ələsgərovun rəhbərlik etdiyi parlament qondarma erməni soyqırımını tanıyan parlamentlərə etiraz bəyanatları göndərib. İndi Milli Məclisin orqanının yazdıqlarına nə ad verək?
Hazırda Bəxtiyar Sadıqov millət vəkilidir. Onun səlahiyyəti çatır ki, bu gün beynəlxalq tribunalardan ermənilərin əleyhinə mübarizə aparsın. Amma o, bunu etmir. Sadəcə, öz varidatını artırır. Bu gün «Azərbaycan» qəzetində bir başsağlığı 20 manata başa gəlir. Başsağlığı verənlərin adlarının sayı artdıqca, qiymət də artır. Necə deyərlər, «Azərbaycan» qəzeti başsağlığı biznesi ilə məşğul olur. Müsahibələrinin birində B.Sadıqov belə bir müsahibə verib: «Baş komandan əmr etsə, o saat Qarabağa gedib vuruşmağa hazıram». Maraqlıdır, məgər Qarabağa vuruşa getmək üçün mütləq ali baş komandan deməlidir? Nədən 42 yaşı olanda B.Sadıqovun ağlından belə keçməyib ki, gedib Vətəni müdafiə etsin, amma yaş 50-ni keçəndə yalnız ali baş komandanın əmri ilə o, vuruşa hazırdır. Bir də zənnimcə, onun Vətəni qorumağa, vuruşa getməyə ehtiyacı yoxdur. Bunu onun oğlu edə bilər. Özü isə seçicilərinin problemlərini həll etsə, onların qayğısına qalsa, zənnimcə yetərlidir. Oğlundan söz düşmüşkən, aldığımız məlumata görə, B.Sadıqovun oğlu 2003-cü ildə İqtisad Universitetinin ödənişli fakültəsinə daxil olub. Millət vəkilimiz oğlu üçün saxta kağız alıb ki, guya övladı məcburi köçkündür. Bununla da o, dövləti aldadıb. Bu arayışı B.Sadıqov Ağdamdan alıb. Qeyd edək ki, millət vəkilinin oğlu Bakıda doğulub, burada informatika və riyaziyyat təmayüllü liseyi bitirib. Beləcə, millət vəkili bu saxta sənədlə oğlunu ödənişsiz şöbəyə keçirib.
Qeyd edək ki, B.Sadıqov «Azərbaycan» qəzetində baş redaktor təyin edildikdən sonra həmin qəzetdə 9 nəfər ürək çatışmazlığı xəstəliyindən ölüb, 4 nəfər isə işdən azad edilib. 1990-cı ildə «Kommunist» qəzetində müxbir işləyərkən B.Sadıqov ümummilli liderimiz H.Əliyevin ünvanına: «Durğunluq adlandırdığımız dövrdə pambıq müəyyən mənada ideallaşdırılmış, pambıqçılıqda rəqəmlər şişirdilmiş, artıq sahələr əkilmiş, torpaq-mühit korlanmışdır. Bu gün biz keçmişin səhvlərini düzəltməyə çalışarkən gərək yeni səhvlərə yol verməyək» - deyə yazmışdı. (Bax: «Kommunist» qəzeti, 2 noyabr 1990). Əlbəttə ki, o zamanlar bu məqaləni yazanda B.Sadıqov ağlına belə gətirə bilməzdi ki, bu gün bu məqalə ələ düşəcək. Milli Məclisin orqanı olan rəsmi dövlət qəzeti «Azərbaycan»ın 20 aprel 2004-cü il tarixli sayında isə yazılıb: «Azərbaycanda əhalinin 97 faizi səfalət içində yaşayır, yoxsulluqdan əziyyət çəkir». Maraqlıdır ki, bu yazılar bir məqsədə xidmət edir: Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna zərbə vurmaq. 2 aprel 2003-cü il «Azərbaycan» qəzetində belə bir fikir işlədilib: «Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın su ehtiyatlarının ekoloji təhlükəsizliyini dəfələrlə artırıb».
01 fevral 2003-cü il tarixli «Azərbaycan» qəzetində isə rabitə nazirimiz Əli Abbasov Heydər Əliyev və İlham Əliyevə həsr etdiyi «Milli düşüncə örnəyimiz» kitabını yazdığı üçün B.Sadıqov onu məddah və yaltaq adlandırıb. Əslində, mən yazılarımda heç kimi qurşaqdan aşağı vurmağı sevmirəm. Lakin bu gün mən deyəsən öz prinsiplərimdən uzaq olacam. Aldığımız məlumata görə, «Azərbaycan» qəzetinə islehsalat təcrübəsinə gəlmiş bir gənc qız B.Sadıqovun toruna düşüb. Sonradan həmin xanım qəzetlərdə bu hadisə ilə bağlı müsahibələr verdi. Bildirdi ki, onun B.Sadıqovdan bir oğlu da dünyaya gəlib. Lakin B.Sadıqov onu hədələyib. Bu barədə «Xural» qəzetinin 10 oktyabr 2011-ci il sayında hörmətli qələm yoldaşım, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili müsahibəsində demişdir: «Mən Bəxtiyar Sadıqovun bədbəxt etdiyi qadını güclə sakitləşdirmişdim ki, qəzetlərə belə müsahibələr verməsin. Nə qədər olmasa B.Sadıqov millət vəkilidir, ayıbdır. Mən Elbar Şirinovu həmin qadınla B.Sadıqovun yanına göndərdim ki, o qadını qəbul edib dinləsin. Lakin B.Sadıqov onu nə qəbul etdi, nə də dinlədi».
Qeyd edək ki, Konstitusiyanın 85-ci maddəsinə görə, deputat seçilən şəxs dərhal əvvəl tutduğu vəzifədən istefa verməlidir. Lakin B.Sadıqov istefa verməyib, hələ də bu vəzifədə işləyir və dövlət qəzeti olan «Azərbaycan»ı öz ata malı kimi işlədir. Bu gün «Respublika» qəzetində başsağlığı verən zaman ödənilən m?bl?g ucun xüsusi qaimə verilsə də, «Azərbaycan» qəzetində heç nə verilmir. Əksinə, qəzetdə işləyənlərin böyük əksəriyyətini ağdamlılar təşkil edir. Yazımın sonunu yenə də «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin cənab Ramiz Mehdiyevə bir vaxt ünvanladığı müraciətilə bitirmək istəyirəm: «Hörmətli Ramiz müəllim. Tabeçiliyinizdə olan belə bir adama dövlətin rəsmi carçısı olan «Azərbaycan» qəzeti kimi bir tribunanı etibar etməyə dəyərmi? Axı bu qəzetə bilavasitə tanınmış ictimai xadim səviyyəsində olan şəxsiyyətlər rəhbərlik ediblər».
Cinarə VUQAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bəxtiyar Sadıqovdan mənzil - Açıqlaması

    Bəxtiyar Sadıqovdan mənzil - Açıqlaması ...

    23-07-2013, 15:33

  • 
  • “Mən bilmirəm “nurçu”luq nədir”

    “Mən bilmirəm “nurçu”luq nədir” ...

    3-04-2014, 12:24

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Başsağlığı biznesinin banisi Bəxtiyar Sadıqovu “anlamaq” cəhdimiz

    Başsağlığı biznesinin banisi Bəxtiyar Sadıqovu ...

    2-12-2013, 21:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (308)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu