Deyərdik ki, belə bir proses nəinki Qazaxda, habelə ölkənin bütün rayonlarında yaşanır. Lakin bunların fərqi ifrat dərəcəliyindədir. Səbəbi yazılarımızda həmişə
Məsələ burasındadır ki, adi bir kompüter kursunu öyrənmək üçün 3 və ya 6 ay vaxt sərf edilir. Eləcə də hərbidə qulluqdan artıq xidmət üçün 6 ay dərs keçməli olursan, bəs necə olur ki, bu gün icraya işə gətirilənlər heç 1 ay da hansısa müəllimin qabağında oturmurlar, vətəndaşlarla davranış haqqında nəsə öyrənmirlər, işinin mahiyyəti haqqında dərs keçmirlər. Nəticədə, vətəndaşla məmur arasına ziddiyyət düşür. Belə halda icra orqanları əmək kitabçası yazan idarəyə çevrilir. Bəs sözümüzün mahiyyəti nədir? Həmişə haqlı tənqid edən və vətəndaşların tapdanacaq hüquqlarının müdafiə xəttində duran mətbu orqan kimi eyni anlaloqla qəzet səhifəsində Qazax Kommunal Müəssisələri Kombinatında müəssisənin müdiri Mirzəyev Mahmudun işdə yol verdiyi özbaşınalıqlarından əsaslı dəlillərlə yazmışıq. Eyni zamanda, yazıda Mirzəyevin əmək qanunları məcəlləsinə məhəl qoymadan işçiləri istədiyi vaxt kənarlaşdırması və istədiyi vaxt heç bir əmək müqaviləsi olmadan işə qəbul etməsindən danışılıb. Qəzetlə kifayətlənməyərək bu barədə dövlətin aidiyyəti orqanlarına da yazılı müraciət edilib. Çox keçmədi ki, müvəssəl cavablar aldıq, tezliklə müəssisə yoxlanıldı, günahsız çıxarılan işçilər yerinə bərpa olundu. İşə düzələnlər də, insafən bizə və qəzetə minnətdarlıqlarını bildirdilər. Biz buna sevinirik. İndi sizə sual veririk: -Hansı vətəndaşın işi istər dövlət qəzetinə, istərsə də müstəqil qəzetlərə yazdıqdan sonra öz həllini tapıb? Əlbəttə, heç birinin. Bunun gülməli nəticəsidir ki, bir vətəndaşın işinə yaramayan qəzetlər KİVDF-nin dəstəyi ilə 20-30 min manatlarla əbəs yerə mükafatlandırılırlar. Belə çıxır ki, haqqı gizlədib, nahaqqın dalısıyca qaçmalıyıq. Bax, onda olarsan kimlərinsə “gözünün işığı”... Nə isə, Allah bilən yaxşıdır. Sən kimsən Aqil Qurbanov? Bu şəxs vaxtı ilə Qazax rayon Sosial İqtisadi Kollecində işləyib. Bəlkə də özünə görə savadı olan adamdır. Biz buna şübhə ilə yanaşmırıq. Savaddır da, birində olar, birində olmaz və s. Hazırda bu şəxs Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini statusundadır. O da məlumdur ki, Qurbanov icraya işə girərkən sabiq icra başçısı Rauf Hüseynovun başqa məsələlərə qarışmış başından istifadə edərək, o dövr Qazaxdan Bakıya göndərilən kənd təsərrüfatı yarmarkalarından yaxşıca özünü tutdu. Səlahiyyətində olub-olmayan məsələlərə də qarışaraq yaxşıca var-hal da yığdı. Üstəlik dəbdəbəli evi-eşiyi ola-ola bu yaxınlarda Qazax şəhərində evləri qəzalı vəziyyətdə olan biçarə vətəndaşlar üçün tikilmiş binadan da 4 otaqlı mənzil aldı. Bahalı maşının birini qoyub, o birinə mindi. İcra hakimiyyətinin nəzdində olan, adına olmayan 35 AA 006 dövlət nömrə nişanlı “06” markalı minik avtomobilini öz dədə malı kimi sağa-sola çapırdı. Hələ, kəndliyə ayrılmış subsidiyalara şərik olmasından söhbət açmırıq. Bəs bunu millət görmürmü? Ali icra aparatı bunu səlahiyyət həddini aşma və vəzifədən sui istifadə kimi niyə hesaba almır? Belə bir məmur nə üçün bu günə kimi günahsız qalıb? Adi bir fəqir belə bir iş törətsəydi, inanın ki, ona ömürlük həbs cəzası verərdilər. Bax belə cəzasızlığa görə qanunlarımızdan millətin üzü dönür. Biz Aqil Qurbanov haqqında elə də dərinliyə getmək istəmirik. Çünki açılası elə məsələlər var ki, gərək onda... Qazaxda şikayət ərizəsinə 2 aya cavab verildi. Ölkə başçısının “Vətəndaşların ərizə və şikayətlərinə baxılmasına dair” müvafiq sərəncamına əsasən, vətəndaşa 15-30 gün müddətində cavab verilməlidir. Lakin ötən il dekabrın 30-da prezidentə “Qazax Kommunal Müəssisələri Kombinatında özbaşınalıqlar” haqqında yazılmış şikayət ərizəsi baxılması üçün 2014-cü il yanvarın 18-də Qazax icra hakimiyyətinə daxil olmasına baxmayaraq, icrası üçün məsul olan müavin Aqil Qurbanov ölkə başçısı İlham Əliyevə hörmətsizlik edərək 2 aya cavab verib. Onsuz da yazının əvvəlində qeyd etdiyimiz kimi, məsələ “Gündəm Xəbər” qəzetində ictimailəşdirilən kimi öz həllini tapıb. Bunun arxasınca getməkdə məqsəd isə, hər bir ərizənin önündə canlı insanın durduğunu və məmur özbaşınalığını sübut etmək idi. Fikir verin, Bakıdan 20-25 günə gələn cavaba, Qazaxda 2 aya baxılır. Bu hara sığır? Ziyalıya belə hörmətsiz yanaşan icra məmuru o birilərinə necə yanaşır? Aqil Qurbanovun başdansovdu cavabı “Xahiş minnət”dən sonra məmur Qurbanov şikayət ərizəsinə 2 aydan sonra 27 fevral 2014-cü il tarixli, 7/H-03 saylı məktubunda belə cavab verib: “Azərbaycan Respublikası Prezidentinin ünvanına Qazax Kommunal Müəssisələri Kombinatının direktoru Mahmud Mirzəyevin iş fəaliyyətinin sizin iştirakınızla araşdırılması barədə yazmış olduğunuz ərizələrinizə Qazax rayon İcra Hakimiyyəti başçısı aparatında baxılmışdır. Bildiririk ki, məsələ ilə əlaqədar tərəfimizdən araşdırılma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Qazax Kommunal Müəssisələri Kombinatının 10 nəfər işçisi deyil, 5 nəfər işçisi yaşları 66 yaşdan yuxarı olan işçilər işdən azad edilmişdir. Kombinatın süpürgəçisi Salmanova Sevda Cəfər qızının məsələsinə Əmək müfəttişliyinin nümayəndələri tərəfindən baxılmış və ona müvafiq köməklik edilmişdir. Salmanova Sevda Cəfər qızının xəstəlik vərəqəsinin müddəti bitdikdə, işə başlayacaqdır”. (Olduğu kimi dərc etdik). Onu da bildiririk ki, məktub 27-də yazılsa da bizə verilməsi üçün Qazax mərkəzi poçtuna 31 mart tarixində daxil olub. Aqil Qurbanov “kommuxozla” bir ələ oynayır? Aqil Qurbanov ərizəyə cavabında görülmüş qanuni tədbirlər haqqında yazmağı, görəsən niyə unudub? Axı, Qazax rayon Kommunal Müəssisələri Kombinatı 80 min manat sosial ödəmədən yayınıb. Məlumatımız var ki, KMK-nin bank hesabına dəfələrlə inkassa qoyulsa da, Aqil Qurbanovun təzyiqi ilə götürülmüşdür. Bu o demək deyil ki, Qurbanov Qazax şəhərinin qeydinə qalır. Heç də belə deyildir. Onun bəlkə də Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdan belə xəbərsiz işləri yalnız dövlətin deyil, öz şəxsi mənafeyi naminədir. Daha düşünmür ki, Qazax pensionerləri pensiya fonduna rayonda işçilərin zəhməthaqqından tutulacaq pulların hesabına pensiyalarını alırlar. Pensonerlər də Aqil Qurbanov kimi haqqı unudub nahaqqa bəraət qazandırsaydılar “nə dərdləri olardı?”. Vəkil RÜSTƏM
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?