GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qazaxda Prezident sərəncamına hörmətsizlikdir

Qazaxda Prezident sərəncamına hörmətsizlikdir

Tarix: 12-03-2014, 20:07 Bölmə :Ölkə Baxış: 1 868
Qazaxda Prezident sərəncamına hörmətsizlikdir
Rayondan şikayətlər hara yoxa çıxır?

Özünü həmişə millətinin 1-ci qulluqçusu hesab edən Pezident İlham Əliyev məmurların xalqa zülm etməyindən, bəlkə də xəbərsizliyi adamı çıxılmaz suallar qarşısında qoyur. Qəribədir ki, istər əhali, istərsə də jurnalistlərlə söhbəti zamanı ölkə başçısı məmurlardan gələn şikayətləri operativ həll etməyini bildirməyinə baxmayaraq, vəzifə “kralları” yenə öz bildiyini edirlər. Süründürməçilik, bürokratiya, rüşvətxorluq və etinasızlıq ayaq tutub yeriməkdədir. Yaxını qoyub uzaqdan danışmaq istəməzdim. Belə ki, Qazax rayon İcra Hakimiyyətində çalışan bir qisim məmurlar rayonda bir adamın da işini həll etmək meyarında deyil. Demək olar ki, görsələr haradasa satılası bir qarış torpaq qalıb, inanın ki, onu da özlərinə götürərlər.
Yetişməyən ərizələr
Prezident İlham Əliyevin “ Vətəndaşların ərizə və şikayətlərinə baxılması haqqında” verdiyi sərəncama Qazaxda əməl edən tapılmır. Vətəndaşa ən tezi 15, geci isə 30 günə veriləcək ərizələrin cavabları 2, bəzən də 3 aya çatdırılır. Çox vaxt isə vətəndaş icra strukturlarına çağrılmadan ərizələr başdansovdu şəkildə məmurlar tərəfindən bağlanılır. Burada 2 məsələ diqqəti çəkir: ya məmur özü prezident sərəncamından xəbərsizdir, ya da şikayətçini hesaba almır. Əgər xəbərsizdirsə, bu bisavad necə icra strukturuna yol tapıb? Şikayətçini dolayıbsa, ölkə başçısına hörmətsiz yanaşdığı üçün niyə cəzalandırılmır?
Məmurun belə hərəkətləri vətəndaşı təkrarən ali orqanları narahat etməsinə gətirib çıxarır.
Atalar yaxşı deyib: “Başına gələn başmaqçı olar”.
Düz 2 aydan çoxdur ki, Qazax rayonunun 3 nəfər sakini Qazax şəhər Kommunal Müəssisələri Kombinatının müdiri Mirzəyev Mahmud haqqında ölkə başçısına yazdıqları şikayət ərizəsinə hələ də cavab ala bilmirlər. İnsafən, prezident aparatına göndərilmiş şikayət ərizəsi 15 gündən sonra baxılması üçün Qazaxrayon İcra Hakimiyyətinə göndərilsə də, ərizə 2 aya yaxındır ki, “yatızdırılır”. Həmin ərizəyə baxılması üçün kimin üstünə yazılması ilə maraqlandıq. Ümumi şöbə müdiri Gündüz Abışov qeydiyyat kitabını açaraq belə dedi: “Prezidentə göndərilmiş şikayət ərizəsinə baxılması üçün 16 yanvar 2014-cü il tarixdə bizə daxil olub. İcra başçısı Ayaz Əsgərov həmin məktubu aqrar məsələlər üzrə şöbə müdiri Aqil Qurbanovun üstünə yazıb. Uzağı fevralın 18-nə kimi şikayətçilərin iştirakı ilə cavab veriləcəkdir”. Bəli, bu gün də mart ayının 11-i olmağına baxmayaraq, cavablandırmadan səs-soraq yoxdur.
Anoloji olaraq diğər vətəndaşların ərizələrinə də bu cür laqeyd münasibət bəslənməkdədir. Gənclər tanıyırıq ki, istedadı, bacarığı ilə rayonda fərqlənirlər. Lakin işsizliyi barədə dəfələrlə Qazax rayon İcra Hakimiyyətinə yazılı şikayət etməsinə baxmayaraq tədbir görən yoxdur. Təəssüflər ki, həmin icra hakimiyyəti işinə yaramayan kadrlar axtarışındadır. Belə neqativ hallar ölkə başçısının göstəriş və sərəncamlarına zidd kimi qiymətləndirilmirmi?
İcra aparatına işə düzələnlər birinci özlərini “düzəldirlər”.
Qeyd etdiyimiz kimi, icrada çalışanların əksəriyyəti işinin nədən ibarət olduğunu da bilmirlər. Onlar elə düşünürlər ki, “bəlkə məni bu gün, sabah çıxartdılar. İmkandı, nə bacarıram ev üstünə ev alım, torpaq üstünə torpaq alım, maşın üstünə maşın alım. Diqqət yetirək. Kimin ağlına gələr ki, Qazaxda evləri qəzalı vəziyyətdə olan vətəndaşlar üçün tikilmiş 24 mənzilli binadan 10 mənzili icra aparatının işçiləri tərəfindən zəbt oluna... Hansı ki, mənzilləri zəbt edən icra işçilərinin ayrı-ayrı yerlərdə tikdirdikləri evləri göz oxşayır. Eyni zamanda, qapısında velosiped olmayanlar icra aparatına məxsus maşınları oğlu, həyat yoldaşı, qaynı, nə bilim aidiyyətiolmayan adamlar sürsün. Üstəlik, avtomobil müfəttişləri də sürücüyə baxmadan maşına baxıb çubuğu ilə salam versin. Belə məsələlərlə qarşılaşanda hər kəs daxilən bir sualla düşünür: “görəsən, prezidentin bu işlərdən xəbəri varmı?”
Fərz edək ki, yoxdur. Bəs prezidentin məmurlara silkələdiyi barmağı hara qoyaq? Yəqin məmurlar həmin barmağı sadə adamlar üçün silkələdiyini zənn edirlər.
Anti-sanitariya ayaq “tutub yeriyir”
Bu ifadələri “kolxoz “ (Nazim MMC) bazarında, şəhərin mərkəzində, dolanbac küçələrdə və s. işlətmək mümkündür. Şəhərin mərkəzində yayda cəmi 1-2 dəfə işləyən fantanların içi zir-zibildən qəm oxşayır. Bir çox idarə, müəssisə və təşkilat binalarının ətrafı zibilliklərə çevrilib. İstirahət parklarında, hətta icra hakimiyyətinə bitişik parkda da səliqəsizlikdir. Arxa küçələrin vəziyyətindən də danışmağa dəyməz.Qazaxda aidiyyəti bir məmura təsadüf etməzsən ki, şəhərinin vəziyyəti ilə maraqlansın. Aldığımız məlumata görə, icra başçısı hansının işdən çıxmaq ərizəsini istəyən kimi, həmin məmur ya özünü xəstəliyə vurur, ya da sakitcə xəstəlik vərəqəsi açdıraraq aranı uzadır. Daha deyən yoxdur ki, “xəstəsən, get evində otur, nə maddi marağın var ki, canına yazığın gəlmir? Özünə yazığın gəlmirsə, Qazax vətəndaşlarına da maneəçilik törətmə!”
Zona “ukratoru” varmı?
Hələ, sovet dönəmində bu ən aparıcı vəzifə sayılırdı. Hazırda isə sirr deyil ki, deputatlıq dəbə minəndən “ukrator”(zona təhkimçisi) adı əhalinin yadından çıxıb. Belə ki, onlar ali rəhbərliyə dəfələrlə şikayət ərizələri ünvanlayan vətəndaşları şəxsən qəbul edər, onlarla həmişə ünsiyyətdə olardılar. Lazım gəldikdə müvafiq tədbirlər görərdilər. İcra başçılarının işlərinə kağız üzərində deyil, birbaşa nəzarət edərdilər. Belə olan halda da hər kəs yerini tanıyardı. Bu məsələlər “yox” dərəcəsinə çatdığından başlı-başını saxlasındır. Lakin çox arzulayardıq ki, zona təhkimçisi varsa Qazaxı dağıdanların əllərindən alıb sadə vətəndaşların özlərinə qaytarsın. İcra aparatını təsadüfi düşənlərdən təmizləməklə vətəndaşların payını yeyən məmurlara qarşı qəti surətdə tədbir görsün. Onda ölkə rəhbəri İlham Əliyevin verdiyi sərəncam və tapşırıqlara da əməl olunar.
İlham Hacalı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxda 2 məmur İlham Əliyevin səfərinə görə yaralandı

    Qazaxda 2 məmur İlham Əliyevin səfərinə görə ...

    6-07-2013, 17:58

  • 
  • Qazaxda narazı vətəndaşlar prezidentdən gizlədilir

    Qazaxda narazı vətəndaşlar prezidentdən gizlədilir ...

    5-07-2013, 15:13

  • 
  • Qazax icra hakimiyyətində süründürməçilik

    Qazax icra hakimiyyətində süründürməçilik ...

    4-04-2014, 10:44

  • 
  • Qazaxda  səhmdarların  etirazi

    Qazaxda səhmdarların etirazi ...

    29-12-2012, 10:48

  • 
  • Qazaxda icra başçısı niyə “gözəgörünməz” olub?

    Qazaxda icra başçısı niyə “gözəgörünməz” olub? ...

    11-12-2013, 18:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu