Rusiya Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin adı ətrafında yeni qalmaqal yaranıb
Belə ki oğlundan sonra Jirinovski özü də doktorluq dissertasiyasının yazılmasında plagiatlıqda günahlandırılır. Deputatın həmkarı İqor Ponamaryov prokurorluğa müraciət edərək məsələnin araşdırılmasını tələb edib. İddiada bildirilir ki, Jirinovskinin 1998-ci ildə Moskva Dövlət Universitetində müdafiə etdiyi elmi iş köçürmədir. Hətta elmi işin lehinə səs verən komissiya üzvlərinə 5 min dollar vəd edildiyi barədə məlumatlar da mətbuatda yer alıb. Jirinovskinin müdafiəsində istirak edən Ali Attestasiya Komissiyasının bəzi üzvlərinin etiraz olaraq zalı tərk etdiyi də vurğulanır. Ponamaryov iddiasının təsdiqini tapacağı təqdirdə Jirinovskinin deputat toxunulmazlığının ləğv edilməsi üçün Dumaya müraciət edilməsini vacib hesab edib. Məlumat üçün bildirək ki, bundan bir neçə gün əvvəl Jirinovskinin oğluna qarşı da oxşar ittihamlar irəli sürülmüşdü.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?