2012-ci il mayın 1-dən sovet maşınlarının Bakı küçələrində taksi kimi fəaliyyət göstərməsinə qadağa qoyulsa da, bu gün paytaxtda belə maşınlara hələ də rast gəlinir. Qoyulan qadağaya baxmayaraq, hal-hazırda taksi kimi fəaliyyət göstərən sovet maşınları az deyil. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Modern.az-a açıqlamasında belə halların olduğunu təsdiqləsəyərək bildirib ki, həmin maşınlara qoyulan qadağa qüvvədə qalır. “Taksi kimi fəaliyyət göstərən sovet maşınları hələ də var, bunlar gözdən yayınanlardır. Amma biz onlara qarşı mübarizəni davam etdiririk. Gözdən yayılanların olması onlara icazənin verilməsi demək deyil”. N.Həsənov bildirib ki, indiyədək 20 mindən çox sovet maşını xətdən çıxarılıb. “Bunların hamısı qeyri-leqal fəaliyyət göstərənlərdir. Biz sovet maşınlarının 70-80 faizini xətdən çıxartmışıq, amma qeyd etdiyim kimi, hələ də taksi kimi fəaliyyət göstərənlər var ki, bunlara qarşı da mübarizə davam edir. Bakını 5 hissəyə ayırmışıq və hər bölgədə Nazirliyin Dövlət Avtomobil Nəqliyyat Xidməti, “Bakı Sərnişin Nəqliyyat” MMC-nin əməkdaşları bu cür taksilərə qarşı mübarizə aparır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?