Rayon təhsili üçün ayrılan inventarlar hara yoxa çıxır?
“Salam. Qazax RTŞ-nə 3 ay bundan qabaq verilmiş “Acer” markalı notbookları təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyevə cehiz göndərmisiniz? Sizdən bir ricam - heç olmasa göndərdiyiniz cehizi nəmli otaqda saxlamasın. Quru bir otağa yığsın. Hər halda xarab olsa, büdcəmizə ziyandır və keçən il göndərdiyiniz PC komputerləri paylayanda hər məktəb direktorundan 20-30 manat məbləğində rüşvət yığılıb. Cehizi satmaq olmaz!!!” Belə bir məktubu təhsil nazirliyinə Qazax rayon sakini, “Kür” kompyüter zavodunun işçisi, kompyüter təlimçisi Elvin Carçıyev göndərib və məktubun mətnini öz facebook səhifəsində paylaşıb. Bununla əlaqədar olaraq Elvin Carçıyevlə əlaqə saxladıq. Elvin bəy qeyd etdi ki, hələ də “Acer” markalı nootbukların Qazax RTŞ- nə nə məqsədlə göndərilməsi məlum deyil: Əhməd Dərgahquliyev maarif müdüri olan kimi özünə rayon mərkəzində yeni bir saray kimi ev aldı. Təzə evin bütün avadanlıqları da təzədir. Amma Dərgahquliyevin köhnə evində köhnə nə vardısa təzələyir və bəla burasındadır ki, bunu RTŞ-nin balansına verilmiş avadanlıqların hesabına edir. Evdə olan köhnə televizor, kondisioner, kompyüterlər hamısı RTŞ- nın hesabına təzələnib. Daş Salahlı məktəbləri üçün nəzərdə tutulmuş 10 ədəd nootbok isə yoxa çıxıb. Təhsil Nazirliyindən göndərilən avadanlıqların necə saxlanması və necə istifadə olunmasına bir nəzarət mexanizmi varmı? Yoxsa bu işlər nazirliyin kurasıyasında deyil? Qeyd edək ki, Qazax RTŞ- də kompyüterlərin təyinatı ilə bağlı heç bir əməli iş görülməyib. Bu mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. ELMAN
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?