Qanunun keşiyində durmalı olan orqan hüququ saymır
Məhkəmə-hüquq sistemində baş verən qanunsuzluqlar, əslində qanunun keşiyində duran oqranların vətəndaşların hüquqlarını pozması adi hala çevrilib. Radaksiyamıza şikayət məktubu ilə müraciət edən Qəbələ rayon sakini Ayaz Xasməmmədovun narazılığı da Qəbələ rayon məhkəməsinin onun əleyhinə verdiyi qərarla bağlıdır. Belə ki, Qəbələ rayon məhkəməsi 03 fevral 2014-cü il tarixli iclasında iddiaçı Əlimurad Əsgərovun iddiası əsasındsa A.Xasməmmədovdan 8 min 882 manat pul tutulması haqda qətnamə qəbul edib. Şikayətmi bu qətnaməni qanunsuz və əsassız hesab edir. A.Xasməmmədov şikayət məktubunda yazır: “İddiaçı Əsgərov Əlimurad Muğdət oğlu məni özünə məxsus mağazaya qeyri-rəsmi olaraq satıcı kimi işə qəbul etmişdir. Qəbələ rayon məhkəməsi cavabdehin məhkəmədə verdiyi izahatında bu barədə dediklərini nəzərə almamış, əksinə, qəbul etdiyi qətnamədə bu barədə qeydlər aparmamışdır. Belə ki, iddiaçıya məxsus olan mağazada 2011-ci il iyun ayının 1-dən qeyri-rəsmi fəaliyyətə başlamışam. İddiaçı Əsgərov Əlimurad Muğdət oğlu ilə aramızda əmək müqaviləsi bağlanmadığından, həmçinin işə qəbulla bağlı digər rəsmiləşmələr aparılmadığından satıcı kimi hüquq və vəzifələrim, həmçinin işəgötürən qarşısında öhdəliklərim müəyyən edilməmişdir. Qəbələ rayon Məhkəməsi işin bu halına diqqət yetirməmişdir. İşəgötürən Əsgərov Əlimurad Muğdət oğlu ilə aramızda əmək müqaviləsi 2012-ci il oktyabr ayının 15-də bağlanmışdır. 2013-cü il fevral ayının 15-də isə mən işdən azad olmuşam. Göründüyü kimi, mən işəgötürən Əsgərov Əlimurad Muğdət oğlu ilə yalnız 4 aya yaxın müddətdə əmək münasibətlərində olmuşam. Birinci instansiya məhkəməsi, iddiaçı tərəfindən tələb olunan borc məbləğinin müqavilədən əvvəl və ya sonra yaranmasını aydınlaşdırmamışdır. Bundan başqa, Qəbələ rayon Məhkəməsi iddia ərizəsinin dəlillərini mütləq mənada həqiqi kimi qəbul etmiş, cavabdehin mövqeyini bütün hallarda əsassız saymış, baş vermiş pul çatışmazlığının yalnız cavabdehin təqsiri nəticəsində yaranması nəticəsinə gəlmişdir. Belə ki, iddiaçı cavabdehi özünə məxsus mağazasına qeyri-rəsmi satıcı kimi işə qəbul etdikdən sonra mağazanın açarının bir nüsxəsi iddiaçının özündə olması ehtimalı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmayıb. Mağazanın açarının iddiaçıda və ya digər şəxslərdə (iddiaçının şəriklərində) olması yaranmış çatışmazlığın yalnız cavabdehin təqsiri nəticəsində əmələ gəlməsini söyləməyə əsas vermir.” Bildirək ki, tərəflər arasında yaranmış münahisənin məzmunundan görünür ki, iddiaçı cavabdehlə şəxsi münasibətlər zəminində sonuncunu fərdi sahibkar kimi özünə məxsus mağazada işçi-götürən münasibətlərini pozmaqla qeyri-rəsmi satıcı kimi işlətmişdir. Fərdi sahibkar, hazırkı iş üzrə iddiaçı Ə.M.Əsgərovun əmək qanunvericiliyinin tələblərini pozmaqla əmək müqaviləsi bağlamadan, vergi və sosial ödənişlərin həyata keçirilməsi barədə qanunvericiliyinin tələblərini ciddi şəkildə pozmaqla cavabdeh A.V.Xasməmmədovu qanunsuz işlətməsi işin faktiki halları ilə, bəzi hallarda iddiaçının etirafları ilə təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi iddia tələblərini əsaslı hesab etmişdir. Qəbələ rayon Məhkəməsi fərdi sahibkar Ə.M.Əsgərovun vergi orqanlarına muzdlu əməyə görə verdiyi rüblük və illik hesabatların təsdiq olunmuş surətinin iddiaçıdan aidiyyəti vergi orqanlarından tələb etməmişdir. Belə hesabatlar tələb edilsəydi, onda həmin hesabatlardan iddiaçının mağazasında iddia etdiyi qədər malın olmadığı, satılmadığı təsdiqlənərdi. Onu da bildirək ki, A.Xasməmmədov Qəbələ rayon məhkəməsinin qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Bu gün A.Xasməmmədovun şikayətinə baxılır. Mövzunu diqqətdə saxlayacağıq... KƏRİM
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?