GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hacıbala Abutalıbova sonuncu xəbərdarlıq

Hacıbala Abutalıbova sonuncu xəbərdarlıq

Tarix: 17-04-2014, 10:30 Bölmə :Ölkə Baxış: 653
Hacıbala Abutalıbova sonuncu xəbərdarlıq
Son vaxtlar Bakıda ağacların kəsilməsi ilə bağlı mediada çoxlu məlumatlar dərc edilib

Xəbər verildiyi kimi, prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakıda ağacların kəsilməsinə sərt reaksiya verib.
Bakının ekoloji vəziyyətindən danışan prezident İlham Əliyev bir məsələni xüsusilə qeyd edib: “İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.
Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır".
Hakimiyyətə yaxın mənbə “Yeni Müsavat”a açıqlamasında bu xəbərdarlığın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova yönəldiyini iddia edir: “Adətən, belə iclaslarda prezident ad çəkmir, ümumi tendensiyaya münasibət bildirir. Ancaq sonda həmin şəxs ciddi şəkildə cəzalandırılır. Məsələn, ötən il prezident fermerlərə ayrılan dövlət subsidiyalarının şəffaf xərclənmədiyini, mənimsəmə hallarının olduğunu bildirmiş, belə neqativ hallara son qoyulması ilə bağlı xəbərdarlıq etmişdi. Bu ittihamların o vaxt kənd təsərrüfatı naziri işləyən İsmət Abbasova qarşı yönəlməsi şübhə doğurmurdu. Ancaq onun adı çəkilmədi. Bu xəbərdarlıqdan 9 ay sonra - ötən il oktyabrın sonunda işdən çıxarıldı. Düzdür, o, baş nazirin müavini təyin edildi. Ancaq nazir postu ilə müqayisədə baş nazirin müavini ”portfelsiz nazir sayılır" - maliyyə vəsaitinin bölüşdürülməsi hüququndan məhrum edilib. İndi eyni aqibətlə Hacıbala Abutalıbov üzləşə bilər".
Mənbənin iddiasına görə, paytaxtda ağacların kəsilməsinin başında H.Abutalıbov və onun işçilərinin durması prezidentə yaxşı bəllidir: Paytaxtda kəsilən ağacların yerində sıravi vətəndaşlar fərdi evlər tikmirlər. Məhv edilən yaşıllıq zolaqlarında əsasən inşaat mafiyası çoxmərtəbəli evlər inşa edir. Tikinti firmaları meriyanın iri çinli məmurlarına böyük məbləğli qeyri-rəsmi ödəniş etməklə tikintiyə rəsmi icazə alır. Meriya da iri məbləğli qeyri-rəsmi ödənişin qarşılığında həmin ərazidə ağacların kəsilməsinə, yaşıllıqların məhv edilməsinə göz yumur. Prezidentin sonuncu xəbərdarlığına bu rakursdan baxmaq lazımdır".
Son vaxtlar Bakıda ağacların kəsilməsi ilə bağlı mediada çoxlu məlumatlar dərc edilib. Yasamal rayonu, Zərdabi prospektində ağacları gecə vaxtı naməlum şəxslərin kəsməsi bina sakinlərinin narahatlığına səbəb olmuşdu. Mediadan kömək uman sakinlərə bildirmişdilər ki, kəsilən ağacların yerində obyekt tikiləcək. Buna bənzər digər bir hadisə isə Binəqədi rayonu, Cavadxan küçəsi 1 saylı ünvanda baş vermişdi. Yayda insanların kölgəsində dincəldikləri ağaclar bir gecənin içərisində kəsilərək əraziyə obyekt tikilməsi üçün tikinti materialları gətirilmişdi. Sakinlərə isə məlumat verilmişdi ki, ərazidə mağaza tikiləcək.
Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki 14 saylı binanın sakinləri də mətbuata ağacların kəsilməsi haqda şikayət bildirmişdilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də faktı təsdiq etmişdi. Nazirlikdən bildirilmişdi ki, əraziyə baxış keçirilən zaman 10 ədəd şam ağacının gecə saatlarında kəsilməsi faktı aşkarlanıb.
Böyük ehtimalla, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ağacların kəsilməsinə qarşı mübarizənin mümkünsüzlüyünü görüb məsələ ilə bağlı prezidentə məruzə edib. Prezident də öz növbəsində ad çəkmədən Hacıbala Abutalıbova sonuncu xəbərdarlığını edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    10-07-2016, 14:41

  • 
  • Prezident İlham Əliyev: "Ermənistan sülh istəmir"

    Prezident İlham Əliyev: "Ermənistan sülh ...

    10-01-2016, 16:33

  • 
  • Bakı təmiz göllər şəhəri olacaq

    Bakı təmiz göllər şəhəri olacaq ...

    11-01-2015, 11:49

  • 
  • Yasamalda Mehdiyevin torpaq qalmaqalı - 500 mini kim alıb?

    Yasamalda Mehdiyevin torpaq qalmaqalı - 500 mini ...

    11-05-2016, 14:04

  • 
  • PREZİDENT AZAL-ı TƏNQİD ETDİ – “Biletlər ucuzlaşmalıdır”

    PREZİDENT AZAL-ı TƏNQİD ETDİ – “Biletlər ...

    13-07-2015, 18:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu