GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əyalətlərdə sığorta fırıldağı

Əyalətlərdə sığorta fırıldağı

Tarix: 1-05-2014, 10:05 Bölmə :Ölkə Baxış: 907
Əyalətlərdə sığorta fırıldağı
Sığorta fırıldağı və “cibə girənlər” əhalini bezdirib

Demək olar ki, sığorta siyasətinin əleyhinə deyilik. Son zamanlar gündüzün günorta vaxtında sığorta işinin biznesə çevrilməsi insanları sığortadan qaçırdır desək, yanılmarıq. Halbuki, sığortadan həm əhali yarınar, həm də dövlət xeyir görə bilər. Bir az öncə sığorta mexanizmi gündəmə gəldi. Maliyyə nazirliyinin nəzarət etməsi də təşkil olundu. Təəssüflər olsun ki, maliyyə nazirliyinin nəzarət “rıçaq”ı işləmədi. Araşdırmamız zamanı məlum oldu ki, nəzarət “rıçaqı”nın işləməsinə asanlıqla dövlət məmurları “tormoz” vermişlər. Ona görə də sığorta haqqında qanunlar ancaq kağız üzərində qalmaqdadır. Son vaxtlar ölkəmizdə saysız-hesabsız özəl sığorta şirkətləri peyda oldu. Yağışdan çıxan göbələk kimi... Tovuz, Ağstafa, Qazax rayonlarının küçələrindəki özəl sığorta şirkətlərinin reklamlarını görəndə elə düşünürdüm ki, daha qəzaya düşmürlər, fəlakətlə üzləşmirlər, nə bilim nələr dövlətdən yardım istəməzlər. Amma düşündüyümüz kimi olmadı. Sığorta şirkətinin bir neçə sığortaçısı ilə söhbətləşdik. “Açdılar sandığı, tökdülər pambığı”.
Adının çəkilməsini istəməyən sığortaçı bildirdi ki, “çörək pulu ehtiyacından fırıldağın oyunçusuna çevrilmişik. Onsuz da bilirik ki, sığorta haqqında qanuna əsasən hər bir ağentin də lisenziyası olmalıdır. Sığorta qiymətində endirim etmək olmaz. Avtomobillərin texniki baxışdan keçirilməsi bizə aid deyil. Amma şefimiz bəzi rəhbərlərlə dil tapa bilmişdir. Biz şefimiz dediyi məbləğdə sığorta haqqını alıb axşamlar təhvil veririk. Daha haraya keçirtməsindən xəbərsiz oluruq”. Agentin söyləməsindən belə qənaətə gəldik ki, baş verən fırıldaqdan və “cibə girmə” əməliyyatından dövlət qurumlarının xəbəri var. Sadəcə olaraq görmək istəmirlər. Yəni küçələri bürüyən reklamları görmək o qədərmi çətindir?
Bəzən sığorta reklamları gizlənir.
Sözügedən rayonların mərkəzi küçələrindəki sığorta reklamlarını müşahidə etmişdik. “Gündəm Xəbər”in ötən saylarında sığorta fırıldağı barəsində yazmışdıq. Müşahidə etdiyimiz reklamlara həmin küçələrdə rast gəlmədik. Elə bildik ki, görülmüş tədbirlərin nəticəsi olub. Siz deməyin sığortaçıların özləri kimi reklamları da gizlənmişlər. Ünvanı tez-tez dəyişməklə sığorta olunandan gizləndikləri üzə çıxdı. Bizim üçün bir maraqlı məqam da açıldı. Deyilənə görə, reklam haqqında gözəl qanunlarımız var. Guya şəhər ərazisində, küçələrdə reklam lövhələri yerləşdirmək üçün bələdiyyə qurumu ilə razılaşma gərəkdir. Adicə Akstafa və Qazax küçələrini “Atəşgah”, “MBASK”,”Sənaye”,”Xalq sığorta”,”Ata sığorta”, “Azsığorta” şirkətlərinin gecəqondu reklamları insanları aldatmağa xidmət edir. Fikir verin, reklamlarda göstərilir ki, sığorta haqqında 25-30 % endirim var. Bu endirim sığorta haqqında qanuna tam zidd olduğu məlumdur. Bir nəfər lisenziyalı sığortaçı agent qeyri-qanuni 5-10 nəfər agent işə qəbul edir. Qanunsuz fəaliyyət göstərən agent sığorta haqqını qəbul etsə də, sığorta şəhadətnaməsində lisenziyası olan sığortaçının yerinə imza atır. Belə qondarma əməliyyata hüquq-mühafizə orqanlarının nə ad verəcəklərini gözləmək zorundayıq.
Sığorta haqqında qanuna əsasən, sığortaçıya qəbul etdiyi icbari sığorta haqqının 15 %-nə qədəri zəhnət haqqı kimi verilir. Necə olur ki, 25-30 % endirim edirlər? Belə çıxmırmı ki, sığortaçının işi yalnız pul dəyişməkdən ibarətdir? O, zavallı sığorta olunanlar haradan bilsinlər ki, ciblərinə girirlər.
Təsəvvür edin, 1000 manatın 30 %-ni endirim edirlər. 500 manat ofisə kirayə haqqı ödəyirlər. 15 % agentə məvacib verirlər. Deməli sıfır bərabərdir sıfır olur. Sığorta fırıldaqçıları sığorta olunanlarla bərabər dövlətin də “cibinə” əl uzadırlar. Hələ əməyin istismar olunmasından, əmək qanunçuluğunun pozulmasından söhbət açmırıq. Bəli, özəl sığorta şirkətlərini qəbul edirik. Baş verəcək rəqabətdən yararlanmağımız naminə. Amma rəqabətdən əsər-əlamət yoxdur. Kim zəmanət verə bilər ki, sayı-hesabı bilinməyən milyonların bir hissəsi nurçulara, nə bilim haralara yönəlir? Axı rəqabətdən insanlar və dövlət xeyir görməli halda, ən çox ziyan çəkməli olur. Onsuz da orta dolananların könlündən nə təmtəraqlı “kreslo” keçir, nə də qruplaşma.
“Azsığorta”nın çox əməlləri bəllidir.
Hazırda həmin sığorta şirkətinin agentləri FHN-nin Qazax Yanğına Nəzarət Şöbəsində və Qırmızı Körpü Sərhəd Gömrük Keçid Məntəqəsində ofis qurmuşlar. Belə çıxır ki, dövlət müəssisəsindən təzyiq vasitəsi kimi istifadə olunur. Onun nəticəsidir ki, Qazax rayonunda qeyri yaşayış sahəsinin, obyektlərin icbari sığortasını “Azsığorta” həyata keçirir. Bir sözlə, yanğın nəzarət şöbəsi gücünü göstərə bilmişdir. Əbəs deyilməyib ki, “Allahın yanında da adamın olsa yaxşıdır”. Odur ki, deyilənlərin doğruluğunu bilmək üçün Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax filialına üz tutduq. Öyrənə bildik ki, qeyri yaşayış sahələrini, obyektlərini sığortalamaq üçün filiala üz tutmurlar. Niyəsini obyekt sahiblərindən soruşmağı məsləhət bildilər. Odur ki, “Azsığorta”nın agenti kimi təqdim edən şəxslə həmsöhbət ola bildik. Lisenziya məsələsini vacib saymadı. “Azsığorta”nın FHN-i Kəmaləddin Heydərova məxsus olduğunu dedi. Onsuz da bu deyimə inanmadıq. Millətinə, dövlətinə sadiq şəxs K.Heydərovun kölgəsində gizlənmək istəyənlər bilməlidirlər ki, sığorta şirkətinin arxasında mühüm vəzifə sahibləri durur.
Rəşad Məmmədov kimdir?
Bəli, “Azsığorta”nın fəal təmsilçisidir. Qırmızı Körpü Sərhəd Gömrük Keçid Məntəqəsində ofisi var. Nüqaviləsi olub-olmadığını öyrənə bilmədik. Nə qədər cəhd etsək də görüşümüz baş tutmadı. Bildirdilər ki, o, ofisinə hərdən bir gəlir. Ofisdə işçiləri oturur. Öyrənə bildik ki, ofisdə olan agentin lisenziyası beə yoxdur. Sığorta şəhadətnamələri Rəşad Məmmədov tərəfindən qalaq-qalaq imzalanıb lisenziyasız agentlərə verilmişdir. Ən maraqlısı odur ki, avtonəqliyyat sahiblərinin mülkü məsuliyyətin icbari sığortasını bir neçə ildir ancaq “Azsığorta” həyata keçirir. Mənbə bildirdi ki, hər gün 18-20 min manat icbari sığorta haqqı yığılır. Doğurdan belədirsə, “Azsığorta” şirkətinin hesabında küllü miqdarda vəsait var. Həmin vəsaitdən necə istifadə olunması öz insaflarına qalıb. Ən əsası odur ki, insanların seçim hüququ pozulur. Digər sığorta şirkətinə üz tutanlar gömrük keçid məntəqəsindən buraxılmamaqla hədələnirlər. Gürcüstan dövlətində yaşayan bir nəfər azərbaycanlı çox şeyləri açıb söylədi: “Qohum-əqrabam Bakı şəhərində yaşayır. İldə 10-15 dəfə Azərbaycana gəlməli oluram. İllik icbari sığorta üçün müraciət etsəm də etmirlər. Məcbur edirlər ki, 1 aylıq icbari sığorta ödəyim. Hesablayanda ildə 700-800 manat ödəməliyəm. Bir belə də icbari sığorta haqqımı olar? Öyrənmişəm ki, 1 illik 250 manatdır. Görün sığortaçı hansı gücə malikdir ki, etiraz edəndə gömrükçülərə tapşırır ki, onu buraxmayın. Həmin an Azərbaycanın qapısı üzümüzə bağlanır. Özü də bizlikdən ağızdolusu danışırıq”. Nə isə, keçid məntəqəsində dayanmış 12 nəfərlə həmsöhbət olub sığortadan söz saldım. Hər biri də 1 aylıq icbari sığorta olunduqlarını təsdiqlədilər. Özü də nə az, nə çox, 70-80 manat məbləğində. Doğurdan da, sığorta şəhadətnamələrində 1 aylıq müddət göstərilmişdi. Görünür, sığorta şirkətinə nəzarət edən qurumlar ya sığorta şəhadətnamələrinə baxmırlar, ya da baxıb ləzzət alırlar. Belə çıxır ki, məmləkətdə talayan talayanındır. Bu barədə ciddi düşünülməlidir.
Vəkil RÜSTƏM
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sığorta şirkətləri haqda qərar verildi

    Sığorta şirkətləri haqda qərar verildi ...

    10-06-2016, 00:42

  • 
  • Atəşgah Sığorta Şirkətinin Bərdə FIRILDAĞI

    Atəşgah Sığorta Şirkətinin Bərdə FIRILDAĞI ...

    11-05-2016, 12:14

  • 
  • Azərbaycanda sığorta tariflərinin tənzimlənməsi işi yeni quruma tapşırılır

    Azərbaycanda sığorta tariflərinin tənzimlənməsi ...

    4-03-2016, 11:38

  • 
  • Sığorta şirkətində 220 minlik frıldaq

    Sığorta şirkətində 220 minlik frıldaq ...

    20-06-2013, 11:28

  • 
  • “Sığorta Mamed” pullarını Türkiyəyə daşıyır

    “Sığorta Mamed” pullarını Türkiyəyə daşıyır ...

    24-02-2016, 16:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (280)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu