AMİ-nin Zaqatala filialının ləğv olunmaması üçün deputata 50 min manatın verildiyi iddiası var
Dünən Azərbaycan Müəllimlər İnstitutunun direktoru, deputat Aqiyə Naxçıvanlı ilə bağlı üzə çıxmış iddialar barəsində məlumatlar yayılmışdı. AMİ-nin Salyan filialının direktoru Tovuz Eminli bildirmişdi ki, sözügedən şəxs AMİ rəhbərinə 200 min manat verib. Tovuz xanım Eminli daha sonra qeyd etmişdi ki, həmin pulunu geri istəyir. Bu gün isə Aqiyə Naxçıvanlı ilə bağlı daha bir iddia ortaya çıxıb. Mətbuata məlumat verən mənbə bildirib ki, bir müddət əvvəl Müəllimlər İnstitutunun Zaqatala filialını ləğv etmək məsələsi gündəmə gəlibmiş. Mənbənin iddiasına görə, AMİ-nin direktoru olan deputat xanım bunun geriyə dönüşü olmayan proses kimi səciyyələndirməsi oraya direktor gəlmək istəyən şəxsin narahatlığına səbəb olub. Mənbə deyib ki, Zaqatala filialına Orucəli Rzayevi gətiriblər. Zaqatalaya gəlməmişdən öncə AMİ-nin Mingəçevir Şəhər filialına direktorluq etmiş Rzayev yeni postuna sahib olmaq üçün heç də az pul xərcləməyib. Qaynağın dediklərinə görə, sözügedən şəxs təkcə Zaqatala filialının bağlanmaması üçün Aqiyə Naxçıvanlıya 50 min manat verib. Və bu pulu onun müavinlərindən biri olan Ədilxan müəllim vasitəsi ilə göndərib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?