GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 19 yaşlı ananın Ucar xəstəxanasında müəmmalı ölümü...

19 yaşlı ananın Ucar xəstəxanasında müəmmalı ölümü...

Tarix: 4-05-2014, 11:30 Bölmə :Ölkə Baxış: 701
19 yaşlı ananın Ucar xəstəxanasında müəmmalı ölümü...
Zərdab rayonunda ana doğuş zamanı vəfat edib. 10 ay əvvəl ailə quran Sayat Nəsirova artıq son mənzilə yola salınıb. Ana vəfat etsə də onun dünyaya gətirdiyi körpə yaşayır. Qohumlar danışırlar ki, mərhumə Sayat Nəsirova çox erkən yaşlarında atasını itirib və yetimliklə böyüyüb.

“Gəlin əməliyyat olundu və bir oğlan uşağı dünyaya gətirdi”

Mərhumənin qaynanası Zemfira Nəsirova: “Keçən il iyun ayının 25-də oğlum Samir üçün toy etdim. Gəlinim həm də qardaşım qızıdır. Gəlin hamilə idi, aprel ayının 20-si axşam o xəstələndi. Mən onu Zərdab rayon xəstəxanası təmirdə olduğuna görə Ucar rayon xəstəxanasının doğum şöbəsinə apardım. Xəstəxanada ona sistem qoşdular və digər yardımları etdilər. Aradan bir neçə saat keçdi və həkimlər qeyd etdi ki, lazımi nəticə alınmadığına görə xəstə əməliyyat olmalıdır. Gəlin əməliyyat olundu və bir oğlan uşağı dünyaya gətirdi. Bütün həkimlər, tibb bacıları bizə gözaydınlığı verdi, demək olar ki, hamıya pul payladım. Xəstə lap yaxşı idi, narkozdan da ayılmışdı. Onu reanimasiya şöbəsinə yerləşdirdilər. Xəstəmi cərrah Cavanşir həkim və ginekoloq həkim Diləzbər həkim əməliyyat ediblər”.

“Həkimlər iynə-dərmanı mənə aldırdılar”

Qaynana daha sonra deyir: “Xəstəyə iynə-dərman lazım idi. Mən geri Zərdaba qayıtdım, xeyli iynə-dərman və bir də gəlinin anasını götürüb yenidən Ucar xəstəxanasına qayıtdım. Həkimlər bizi gəlinin yanında qalmağa qoymadılar. Bizi arxayın etdilər ki, özümüz baxacağıq, çıxın gedin. Mən də gəlini sağ-salamat orada qoyub, geri, evə qayıtdım. Ayın 22-də səhər saat 10-da gəlinim əl telefonuma zəng edib dedi ki, həkimlər bir azdan məni ayağa durğuzub gəzdirəcəklər. Gəlin bunu da mənə dedi ki, bir az tez gəlin, “akuşerka” və tibb bacısı deyinir. Həm də uşağa pal-paltar gətirməyimiz lazımdır. Bizim Ucara çatmağımız təxminən 40 dəqiqə çəkərdi. Xəstəxanaya çatanda gördük ki, xəstəxananın bütün həkimləri reanimasiya şöbəsindədir. Fikirləşdik ki, yəqin başqa ağır xəstə var. Ancaq işin nə yerdə olduğunu bildikdə, qışqır-bağır salıb içəri keçdim və gördüm ki, gəlinim ölüb”.

“Mənim gəlinimi həkimlər öldürdü”

Qaynananın deməsinə görə, gəlin həkimlərin səhlənkarlığından yıxılıb: “Gəlinimlə bir palatada yatan xəstələr mənə dedilər ki, həkimlər onu gəzdirmək üçün ayağa qaldırıblar və nəzarətsiz qoyublar. Gəlin bir az gəzdikdən sonra huşunu itirib və yerə yıxılıb, başı divara dəyib beyni dağılıb. Bakıdan çağırılmış həkimlər də bu deyilənləri təsdiqlədilər. Qulaqlarından qan gəlirdi. Onu gecə saat 11-ə kimi süni aparata qoşdular, ürəyi, ciyərləri işləyirdi, ancaq baş ölmüşdü. Sonradan əraziyə 50-yə yaxın polis gəldi, meyiti “morqa” apardılar və gecə yarısı bizə yarılmış vəziyyətdə verdilər. Bu günə kimi heç kim gəlib maraqlanmır, elə bil milçək ölüb. Gəlinin 19 yaşı var idi, gözümüzün qabağında böyüyüb, tam sağlam olub, tam sağlam hamiləlik keçirib. Mənim gəlinimi həkimlər öldürdü. İndi utanmadan deyirlər ki, onda “sudurqa” olub, yalandı. Bəs əgər “sudurqa” vardısa, necə həkimsiniz ki, yoxlamamış əməliyyat edirsiniz. Kim ki, yaxşı pul verir, onun xəstəsinə yaxşı baxırlar. Elə ki, kasıb oldun baxmırlar və belə hallar baş verir. Bilsəydim gecə pilləkəndə yatardım, özüm qulluq edərdim. Onsuz da mənim gəlinim geri qayıdan deyil, ancaq istəmirəm ki, növbəti dəfə kiminsə başına belə oyun açılsın. Öz əli ilə şirniyyat alıb qoymuşdu ki, ana olub gələndə qohum-əqrəbaya paylayacam, qismət olmadı”.

“İstəmirəm ki, gələcəkdə kiminsə də balasını öldürsünlər”

Mərhumənin anası, Zərdab rayonu Yuxarı Seyidlər kəndinin sakini, Sevda Abdurrahmanova:
“Mən onu yetimliklə böyütmüşdüm, öz uşağı da yetim qaldı. Mən Ucar həkimlərindən şikayətçiyəm, axıra kimi də bu işi edənlərin cəzalanmasını tələb edəcəyəm. Mən prezident İlham Əliyevdən xahiş edirəm ki, qatillərin cəzalandırılması üçün göstəriş versin. İstəmirəm ki, gələcəkdə kiminsə də balasını öldürsünlər. Mənim balamı öldürdülər, o, daha geri qayıdan deyil, bu həkimlər çox evləri yıxıblar”.

“İndi də müharibə yoxdur ki...”

Mərhumənin nənəsi, Gülüsüm Əhmədova: “Mən şəhid anasıyam, oğlumu vətən yolunda vermişəm. İndi də müharibə yoxdur ki, belə şeylər olur. Yenə vətən yolunda olsaydı bu qədər yanmazdıq. Heç kəs bu sirri açmaq istəmir. Bu necə olub ki, sağlam adam birdən-birə ölüb? Bunu kim yıxıb, bəyəm 1 gün əvvəl əməliyyat olunan adam təkbaşına ayağa qalxa bilər?”.

«Mən həkim səhlənkarlığı görmürəm”

Ucar rayonu Mərkəzi Xəstəxanasının baş həkiminin müavini, Ata Hacıyev: “Bəli, o, bizim xəstəxanada əməliyyat olunub. Bir sutka sonra da, öz palatasında yıxılıb. Ölümün dəqiq səbəbi kəllə-beyin travmasıdır. Ümumiyyətlə, reanimasiya şöbəsində heç kimə xəstənin yanında qalmağa icazə verilmir. Bu qayda bütün dünyada qəbul olunmuş qaydadır. Mən burada həkimlik bir şey görmürəm, xəstəni əvvəl yeridiblər, normal yeriyib və oturub. Xəstə yıxılanda, onun yanında tibb bacısı olub, onu sistemə hazırlayırlarmış. Həmin an xəstə ayağa durub, ayaqyoluna getmək istəyib və yıxılıb, başı divara dəyib. Bu bədbəxt hadisədir, heç kəs istəməzdi ki, belə olsun. Hər halda mən burada həkim səhlənkarlığı görmürəm. Gələcəkdə araşdıracaqlar ki, xəstə yıxılmağına görə ölüb, yoxsa onun yıxılmağına başında baş verən hansısa proseslər səbəb olub?”. Ucar rayon prokurorluğundan isə bildirdilər ki, məsələ ilə bağlı araşdırma getdiyi üçün hələlik açıqlama verə bilməzlər.
RAMİN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • UCAR RAYONUNDA DOĞUŞ ZAMANI KÖRPƏ ÖLÜMÜ BAŞ VERIB - ŞOK

    UCAR RAYONUNDA DOĞUŞ ZAMANI KÖRPƏ ÖLÜMÜ BAŞ VERIB ...

    23-06-2015, 11:59

  • 
  • Bakıda daha bir ana doğuş zamanı öldü

    Bakıda daha bir ana doğuş zamanı öldü ...

    30-09-2013, 12:14

  • 
  • ŞOK.Ölmüş ana 3 aydan sonra dünyaya uşaq gətirdi

    ŞOK.Ölmüş ana 3 aydan sonra dünyaya uşaq gətirdi ...

    14-11-2013, 11:42

  • 
  • Daha bir ana doğuş zamanı öldü

    Daha bir ana doğuş zamanı öldü ...

    7-02-2014, 12:07

  • 
  • 12.12.12 tarixində Bakıda doğulan ilk uşaq

    12.12.12 tarixində Bakıda doğulan ilk uşaq ...

    12-12-2012, 14:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu