GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ənvər Seyidəliyevin Ağsu projesi

Ənvər Seyidəliyevin Ağsu projesi

Tarix: 11-01-2013, 10:37 Bölmə :Ölkə Baxış: 3 071
Ənvər Seyidəliyevin Ağsu projesi

İcra başçısı bütöv bir rayonu özəl mülkiyyətinə çevirib

Ağsuda özbaşınalıqlar sərhəd tanımır. Rayonda baş verən müxtəlif qanunsuzluqlarla bağlı ölkə mətbuata dəfələrlə yazılıb. Ancaq bunlara baxmayaraq hakimiyyət Ənvər Seyidəliyevi başqa icra başçıları kimi digər rayonlara “ekstradisiya” edə bilmir. Bu günü Ağsulular səbirsizliklə gözləyir. Hətta qurban kəsəcəklərini də gizlətmirlər. Lakin bununla yanaşı Ənvər Seyidəliyevin hər hansı rayona icra başçısı təyin ediləcəyini də arzulamırlar. Çünki rayon sakinləri yaxşı bilirlər ki, Ənvər Seyidəliyev özbaşınalıqlarını digər rayonlarda da həyata keçirə bilər.

Ənvər Seyidovun vəzifə pillələri

Ağsunun icra başçısı Ənvər Seyidəliyevin qanunsuz əməlləri ilə bağlı məlumatlar daxil olub. Ənvər Seyidəliyev Ağsu rayonunun Pirhəsənli kəndindən olmağına baxmayaraq ağsululara günün bu günü qənim kəsilib. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirən Ağsunun hal hazırkı icra başçısı müxtəlif vəzifələrdən sonra 2007-ci ildə Cavid Qurbanovun “Azəryolservis” ASC-də idarə rəisiliyindən birbaşa “taxta” çıxıb. Beləliklə də Ənvər Seyidəliyev 5 ildir ki, Ağsunun icra başçısı vəzifəsində çalışır. Ağsulular Ənvər Seyidəliyevi icra başçısı olduğu müddətdə rayonun inkişafı üçün bircə işini belə xatırlamırlar. Hər kəs onu Ağsuda “xaç atası” kimi tanıyır. Rayonda hansı ərazini neçəyə satmasından danışılır. Fəaliyyəti yalnız rayonda qohum-əqrəbalarını başına toplamaqdır. Ənvər Seyidəliyev buna görə də "xaç atası" ləqəbəni qazanıb.

Rayonda pul yığımı

Ağsu rayonunun idarə və müəssisə rəhbərləri, həmçinin rayonun iş adamları icra başçısı Ənvər Seyidəliyevdən narazılıq edirlər. Buna səbəb isə icra başçısının yeni aul toplama kampaniasına start verməsidir. Belə ki, Ağsudan daxil olan məlumata görə, başçı, rayonun bütün idarə və təşkilatlarından, həmçinin özəl sektorda çalışan bütün ortabab dükan və marketlərdən pul toplamağı əmr edib.
Məlumata görə, icra başçısı Yeni il bayramı və ilin sonu ilə bağlı dövlət idarələrinin rəhbərlərindən və özəl sektorda çalışanlardan külli-miqdarda pul tələb edib. İcra başçısı bu pulları rayonda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə keçirilən tədbirlərə sərf olunacağını deyib. Tələb olunan məbləğin hər bir idarə və təşkilatdan, həmçinin özəl sektor obyektindən 2000 manat civarında olduğu deyilir. Özəl sektorda çalışanlar başçının bu özbaşınqalığına etiraz etsələrdə, onlara bildiriblər ki, pulu verməsələr, yeni ildən ciddi problemlərlə üzləşəcəklər. Bundan başqa, icra başçısı məmurlara bir sıra tapşırıqlar da verib. O bildirib ki, ilin yekunları ilə bağlı hesabatlar hazırlanmalıdır. Həmin hesabtalara əsasən hansı dövlət müəssisəsində nöqsanlar varsa, idarənin rəhbərliyi cəzalandırılacaq.
Məlumatda bildirildiyinə görə, icra başçısının bu addımı əslində müəssisə rəhbərlərinə mesajdır. O, idarə rəhbərlərini nöqsanları ilə hədələməklə tələb etdiyi məbləği tərəddüdsüz vermələrinə məcbur edir.O da qeyd olunur ki, icra başçısının növbəti pul yığımı rayonda ciddi narazılığa
səbəb olub. Çünki dövlət müəssisələrində çalışan şəxslərə müdirləri tərəfindən dekabrın maaşından tutulacağı ilə bağlı xəbərdarlıq edilib. Bu da kütləvi narazılığa səbəb olub.

Ənvər Seyidəliyevin karxana “əməliyyatı”

Ənvər Seyidəliyev rayondakı keçmiş RTS-in həyətində özünə daş karxanası yaradıb. Həmin karxana ilboyu icra başçısının əsas gəlir mənbələrindən biridir. Bir vaxtlar RTS-in müdiri olmuş Ənvər Seyidəliyev elə həmin yeri özəlləşdirdikdən sonra, yaratdığı daş sexi ilə də qazanac əldə etməyə başlayıb. Rayonda yolların qıraqlarına səki çəkmək üçün daşlardan istifadə yalnız Ənvər Seyidəliyevin sexindən gətirilə bilər. Əks təqdirdə icra başçısının qəzəbinə tuş gəlmək mümkündür. Həmin «bardyor»ları dövlətə ustalıqla satan icra başçısı bundan böyük miqdarda pul qazanır. Daha doğrusu, Ağsunun icra başçısı büdcənin pulunu və yaxud rayonun infrastrukturu üçün ayrılan vəsaitləri götürüb, rahatlıqla cibinə qoyaraq öz kefindədir.

Boğaza yığılan xalq

Qeyd edək ki, Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev Dövlət Sosial Müadfiə Fondunun rəhbəri Səlim Müslümovun dayısıdır. İllərdir eyni vəzifədə qala bilməsinin səbəbi də bacısı oğlunun yüksək ranqlı məmur olmasıdır. Elə buna görədir ki, rayonda Seydəliyevin həyata keçirdiyi özbaşınalıqlar camaatın canını boğazına yığıb.
Ağsunun əksər kəndlərində əhalinin sosial-məişət problemləri dəhşətli vəziyyətdədir. Rayonun bir neçə kəndləri mərkəzdən demək olar ki, təcrid olunub. 21-ci əsr olmasına baxmayaraq, Ağsunun Pirhəsənli kəndini çıxmaqla digər kəndlərin camaatı məktəb, xəstəxana, qaz, içməli su, yol, işıq və poçt xidmətinin üzünə həsrət qalıblar. Kəndlərdə sosial-iqtisadi vəziyyətin ağırlığı ucbatından əhali kütləvi şəkildə ev-eşiklərini tərk etmək məcburiyyətində qalıblar. Kəndlərdə əsas problemlər sırasında yanacaq məsələsi dayanır. Sovet ittifaqı dağıldıqdan sonra qaz üzünə həsrət qalan əhali odun sobaları ilə qızınırlar. Nəticədə kəndin yaxınlığında yerləşən meşələr məhv edilir.
Ağsuda əhlinin içməli suya olan tələbatı da bərbad haldadır. Dağlıq ərazi olmasına rəğmən, su təhcizatının yarıtmaz halda düşməsi insanları kənardan su almağa məcbur edir ki, bir maşın içməli suyun da qiyməti 100-150 manata başa gəlir. Halbuki Ənvər Seyidəliyev dəfələrlə yuxarı dairələrə hesabat göndərərək iddia edib ki, rəhbəri olduğu rayonda içməli su problemi yoxdur. Əgər doğrudan da Ənvər Seyidəliyevin dedikləri kimi rayonda su problemi mövcud deyilsə, o zaman ağsulular evbaşına il boyu 1000 manata yaxın pulu nəyə və niyə sərf edirlər?
Rayonun problemləri bununla yekunlaşmır. Rayonda istənilən qədər problemlər var ki, onların hamısı sənəd üzərində həll edilmiş göstərilsə də, reallıqda bu öz əksini tapmır. Ənvər Seyidəliyevə qaldıqda isə rayonun problemlərinin ona qəti aidiyyatı yoxdur. Çünki bacısı oğlu Səlim Müslümov Bakıda onun problemlərini rahatlıqla həll edə bilir.

Tayfa işğalına məruz qalmış Ağsu

Ənvər Seyidəliyevin Ağsunun icra başçısı vəsifəsindən gedəcəyi barədə məlumatlar hələ ki, öz təsdiqini tapmır. Ancaq rayonda əhalinin vəziyyəti acınacaqlı durma düşüb. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə verilən subsidiyaları icra başçısının tayfası tərəfindən mənimsənilir. Ağsuda və onun kəndlərində iş yerləri demək olar ki yoxdur. Tikinti-quruculuq adı ilə rayonda bir neçə şəxsi obyektlər tikilib ki, bunun da camaata heç bir faydası dəymir. Buna baxmayaraq yenə də hakimiyyət rayonda baş verən bu özbaşnalıqlara görə kimsəyə gözün-üstə qaşın var söyləmir. Yerli hakimiyyət orqanları tərəfindən törədilən özbaşınalıqlar rayon ictimaiyyətinin narazılığını getdikcə artırır. Ağsuda bütün məsul rəhbər vəzifələri də məhz Ənvər Seyidəliyevin qohumları və həmkəndliləri arasında bölüşdürülüb. Bir sözlə Ağsu bü gün barıt çəlləyinə çevrilib. Quba hadisələrinin bu rayonda baş qaldıracağı günü bizlərə gözləmək qalır.
Şamil Əlibəyli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səlim Müslümovun qohumlari Ağsunu çapıb talayır

    Səlim Müslümovun qohumlari Ağsunu çapıb talayır ...

    17-01-2013, 10:49

  • 
  • Ağsunun İcra başçısna qarşı şok iddialar

    Ağsunun İcra başçısna qarşı şok iddialar ...

    26-08-2013, 11:14

  • 
  • Ağsu: Səlim Müslümov və qohumlarının girovuna çevrilən rayon

    Ağsu: Səlim Müslümov və qohumlarının girovuna ...

    25-11-2014, 19:44

  • 
  • Səlim Müslümovun rayonundan üsyan anonsu

    Səlim Müslümovun rayonundan üsyan anonsu ...

    23-01-2013, 10:11

  • 
  • Ənvər Seyidəliyevlər Ağsu rayonun talan etməkdə davam edir

    Ənvər Seyidəliyevlər Ağsu rayonun talan etməkdə ...

    14-02-2014, 12:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu