Bakıda “kartof əməliyyatı” keçirən məktəbli dəstəsi həbs edilib. Bakının Yasamal rayonunda cinayəti təhsildən üstün tutan məktəblilər qandallanıblar. Rayon Polis İdarəsindən verilən məlumata görə, məktəblilərdən ibarət dəstənin başçısı isə 13 yaşlı uşaqdır. Bakı şəhərinin 38 saylı orta məktəbinin şagirdləri olan 13 yaşlı Əfsun Ələkbərov, 15 yaşları olan Elmin Hüseynzadə, Asif Fəttahov və Elnur Hüseynov bir neçə “kartof əməliyyatı” keçiriblər. Onların bu əməliyyatdan qazancı isə 15 kiloqram kartof olub. Dəstə başçısı olan Ə.Ələkbərov ifadəsində deyib ki, kriminal aləmdə nüfuza malik olan Lotu Yunusun qohumudur. Onun sözlərinə görə, Lotu Yunus onun dayısı sayılır. Onu da əlavə edək ki, tutulanlardan E.Hüseynzadə isə jurnalist oğludur. Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?