Bu dəqiqələrdə redaksiyamıza tanınmış azərbaycanlı avtoritet “Lotu Qoca” ləqəbi ilə məşhur Əlibala Həmidovun qətlə yetirilməsi barədə xəbər daxil olub. Avtoritet bir neçə saat əvvəl Türkiyədə qətlə yetirilib.
Hələ ki, hadisənin hansı şəraitdə baş verdiyi, qətlin kimlər tərfindən törədildiyi haqqında məlumat yoxdu. İnformasiyanı dəqiqləşdirməyə çalışırıq.
Qeyd edək ki, Əlibala Həmidov bir müddət əvvəl Rusiyada həbsdən azad olub. Onun kriminal aləmində xüsusi nüfuza malik olduğu bildirilir.
Aldığımız son məlumata görə, avtoritetə üç güllə vurulub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?