Rusiyanın istehsal etdiyi ən bahalı rabitə peyki yerə düşüb
Rusiyanın “Ekspress-AM4R” ən güclü rabitə peyki Qazaxıstanın “Baykonur” kosmodromundan fəzaya buraxıldıqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən “Proton-M” daşıyıcı raketdən ayrılaraq yerə düşüb. Bu barədə “RİA Novosti” agentliyi “Roskosmos”a istinadən məlumat yayıb. “Proton-M” daşıyıcı raketin yerə düşməsi Qazaxıstanın hüdudlarından kənarda baş verib. Rabitə peykinin Altay diyarı ərazisinə və ya Sakit okeana düşdüyü ehtimal edilir. Qəzanın səbəbləri müəyyənləşənədək “Baykonur” kosmodromundan “Proton-M” daşıyıcı raketlərin orbitə buraxılması dayandırılıb. Qeyd edək ki, raketin düşməsi nəticəsində itirilən “Ekspress-AM4R” peykin dəyəri 1 milyard rubl olub və Rusiyanın indiyədək istehsal etdiyi ən güclü rabitə peyklərindən biri sayılır.
Sorğu
Yeni dizaynımız necədir?