Əməyin mühafizəsinə, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması hər zaman ciddi müzakirə mövzusu olub. Ölkə qanunvericiliyində insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin aradan qaldırılması məqsədilə, aidiyyəti şəxslərin hətta məsuliyyətə cəlb olunması qaydaları da müəyyənləşib. Amma buna baxmayaraq işəgötürənlər tərəfindən iş yerlərində əməyin mühafizəsi qaydaları yerinə yetirilmir, müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına lazımi səviyyədə diqqət göstərilmir. Bu isə işçilərin həyat və sağlamlığını təhlükə altında qoyur.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Alik Mövlayev ölkəmizin Beynəlxalq Əmək Təşkilatının “Mәcburi әmәk һaqqında” 29 nömrəli Konvensiyasına qoşulduğu, həmin sənədlərdən irəli gələn prinsiplərin milli qanunvericilikdə də əksini tapdığı qanunlara əməl edirmi sualına cavab axtarırıq.
Son zamanlar redaksiyamıza daxil olan məlumatlara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin hansı səbəbdən iflic vəziyyətə düşməsinə Yaxın günlərdə aydınlıq gətirəcəyik.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnaməyə görə, Xidmət mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Ancaq bu yalnız kağız üzərində belədir və reallıqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ayrı-ayrı oliqarxların, iş adamlarının və sahibkarların maraqlarının müdafiəçisidir.
Ancaq bu yalnız kağız üzərində belədir və reallıqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ayrı-ayrı oliqarxların, iş adamlarının və sahibkarların maraqlarının müdafiəçisidir?
Çox təəssüf ki, prezident İlham Əliyevin idarəçiliyi vətəndaşların nəzərində şübhə altına alınmasına imkan verənlər dövlət başçısının nazir, xidmət rəisi kimi yüksək vəzifələri etibar etdiyi şəxslərdir. Məhz belə məqamlara qiymət verilməməsi “Səlim Müslimov fenomeni”ni doğurur.
Növbəti sayımızda: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin hansı səbəbdən iflic vəziyyətə düşməsi haqqında geniş məlumat verəcəyik./mediaxeberleri.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?