İcra başçısının tapşırığına əsasən “Yeni Müsafat” “Gündəm xəbər” “Azadlıq” qəzetlərinin vitrindən asılmasına qadağa qoyulub
Son vaxtlar Sumqayıt şəhərində müxalifət və müstəqil qəzetləri əldə etmək müşkül məsələyə çevrilib. Belə ki, insanları gediş-gəlişi zəif,binaların tinlərində qoyulan gürcü arxitekturası üslubunda düzəldilmiş qəzet köşkləri qəzetdən başqa hər şey satırlar. Hansısa dəllal-dələduz tərəfindən Gürcüstan Respublikasında sifarış verərək, Respublikamıza gətirilən bu köşklər quruluşca gözümüzə olduqca yabanı görsənir. Bu köşklərin inşaası ilə bağlı ölkəmizdə bəs qədər sexlər var ki, öz milli arxitekturamıza uyğun göz oxşayan köşklər düzəltmək olardı. Nəticədə israf və talanın qarşısı alınmış olar, işsizlərimiz həmin sexlərdə müvəqqəti olsa da çörək pulu qazanmış olardı. Təəssüflər olsun ki, bu Eldar Əzizov kimilərinin işinə yaramır. Xarici ölkələrdə sifarış olunmuş bu kimi predmetlərə xərclənən pulların qədəri bilinməz olur. Köşkdə çalışan yaxınlarımızdan birinin dediyinə görə Sumqayıt İH başçısı Eldar Əzizovun tapşırığına əsasən “Yeni Müsafat” “Gündəm xəbər” “Azadlıq” qəzetlərinin vitrindən asılmasına qadağa qoyulub. Həqiqətən də səhər saat 1000-dan günorta saat 1400-a kimi adıçəkilən qəzetlərin piştaxta altından gizlin satıldığını müşahidə etdik. əvvəllər mətbuatdan çəkinməyən “Qoy nə yazırlar yazsınlar” deyən Eldar Əzizov son zamanlar mətbuatın gücünü hiss edərək, tələşlanmağa başlayıb. Cənab Eldar Əzizovun nəzərinə çatdıraq ki, fələk yığmayanı, mətbuat sürüyüb. Şakir
Sorğu
Yeni dizaynımız necədir?