Prezident İlham Əliyev ölkəmizə səfər edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə İlham Əliyev və Əhməd Davudoğlu Azərbaycan-Türkiyə əlaqələri, regional problemlər və Ukraynadakı böhranı müzakirə ediblər. Görüş zamanı Azərbaycanın türk coğrafiyasının mərkəzi olduğunu deyən Davudoğlu, Türkiyə, Azərbaycan və Türkmənistan arasında baş tutacaq olan iclasın ilk dəfə keçirildiyini və üçtərəfli zirvə görüşünün gələcəkdə genişləndirilərək davam etdiriləcəyini qeyd edib. İlham Əliyev isə Türkiyə və Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün iki ölkə arasındakı məsləhətləşmələrin daha sıx xarakter daşımasının vacibliyini vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?