GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Proşenkonun Azərbaycandakı biznesi

Proşenkonun Azərbaycandakı biznesi

Tarix: 27-05-2014, 10:40 Bölmə :Ölkə Baxış: 0
Proşenkonun Azərbaycandakı biznesi
Onun sahibi olduğu “Roşen” şokolad firmasının Bakıda rəsmi nümayəndəliyi fəaliyyət göstərir

“Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko indiyədək bir neçə dəfə Azərbaycanda olub”. "gundemxeber.az" xəbər verir ki, bunu “Media forum” saytına Ukraynada yaşayan azərbaycanlı politoloq, Pyotr Poroşenkonun seçki qərargahının koordinatoru Xaqani Hüseynli deyib. Xaqani Hüseynli bildirib ki, Pyotr Poroşenko müxtəlif dövrlərdə - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Milli Bank Şurasının sədri, xarici işlər naziri, iqtisadi inkişaf və ticarət naziri vəzifələrində işləyəndə rəsmi nümayəndə heyətlərinin tərkibində Azərbaycanda səfərdə olub: “Biz Poroşenko ilə görüşəndə də o dedi ki, bir neçə dəfə Bakıda səfərdə olub. Pyotr Poroşenko Azərbaycanla əlaqələrə xüsusi önəm verir”.
Xaqani Hüseynlinin sözlərinə görə, Pyotr Poroşenkonun Azərbaycanda şəxsi biznesi də var: “Onun sahibi olduğu “Roşen” şokolad firmasının Bakıda rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Firma Azərbaycanda geniş satış şəbəkəsinə malikdir, işini çox uğurlu qurub. Vaxtilə “Roşen” firması şokolad istehsalında istifadə olunan xammalın bir hissəsini Azərbaycandan alırdı”.
Azərbaycanlı politoloq qeyd edib ki, biznesi Poroşenkoya atasından qalıb: “Poroşenkonun atası SSRİ dövründə Karl Marks adına şirniyyat fabrikinin direktoru olub. Sovet İttifaqı dağılandan sonra fabriki özəlləşdirib və oğluna verib. Poroşenko çox uğurlu biznesmenə çevrilib. Onun firmasının istehsal etdiyi şokolad bütün dünyada məşhurdur”.
Yeni prezidentin atacağı ilk addımlara gəlincə, politoloq bildirib ki, Poroşenkonun proqramında üç əsas məsələ var: “Onlardan biri də Ukrayna parlamentinin – Ali Radanın buraxılmasıdır. Poroşenko seçki platformasında və proqramında qeyd etmişdi ki, prezident seçilərsə, parlamenti buraxacaq. O bunu çıxışlarında da dəfələrlə bəyan edib. Çünki Ali Radada təmsil olunan, əvvəlki prezident Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyası və Kommunist Partiyası parlamentdən uzaqlaşdırılmasa, ölkədə siyasi prosesləri qaydaya salmaq, sabitlik yaratmaq mümkün olmayacaq. Həmin partiyalar siyasi proseslərin normal gedişinə maneə törədir.
İkincisi, Poroşenko bütün dövlət orqanlarının fəaliyyətini yenidən qurmaq, indi işləyənləri işdən uzaqlaşdırıb xüsusən rəhbər heyətləri yenidən formalaşdırmaq niyyətindədir.
Üçüncü iş Nazirlər Kabinetinin yenidən təşkili məsələsidir. Ukrayna 2004-cü ilin konstitusiyasına qayıdıb. Ona görə də Nazirlər Kabinetinin tam təşkili Ali Radaya seçki keçiriləndən sonra baş tutacaq. Parlament seçkisində ən çox səs toplayan siyasi qüvvə baş nazir vəzifəsinə öz namizədini irəli sürəcək. Hazırkı baş nazir Arseni Yatsenyuk parlament seçkisinədək baş nazir vəzifəsində qalacaq. Amma nazirlərin dəyişdirilməsi qaçılmazdır. Poroşenkonun prezident andı içəndən sonra ilk addımı nazirlərin dəyişdirilməsindən ibarət olacaq”.
Xaqani Hüseynli qeyd edib ki, yeni hökumətdə texnokratlar – peşəkar mütəxəssislər üstünlük təşkil edəcək: “Poroşenkonun Solidarnost Partiyası “UDAR”la birləşib. Poroşenko elan edib ki, hökuməti daha çox texnokratlardan təşkil edəcək. Eyni zamanda xarici ölkələrdə yaşayıb işləyən ukraynalı mütəxəssislərin ölkəyə qayıdacağı gözlənilir. Pyotr Poroşenko onların bilik və bacarıqlarından istifadə etmək niyyətindədir. Yeni prezident gözəl bilir ki, böyük məsuliyyətin altına girib və vəziyyətdən çıxmaq üçün kadr seçimində çox diqqətli olmalıdır. Ağır durumdan çıxmağın yeganə yolu kadrların düzgün seçilməsi, yerləşdirilməsi və idarə olunmasından keçir. Əslində hazırkı hökumət üzvlərinin seçilməsində də Pyotr Poroşenko həlledici rol oynayıb”.
Azərbaycanlı politoloqun fikrincə, Pyotr Poroşenkonun prezident seçilməsi Ukraynanın şərqindəki durumu sabitləşdirəcək: “Ölkənin şərqində təşkil olunan hadisələrdə əsas məqsəd prezident seçkisini pozmaq idi. Artıq buna ehtiyac yoxdur, seçki geridə qalıb. Bununla belə, Rusiya Ukraynanın yeni legitim hakimiyyətinə təsir etmək imkanlarını saxlamaq üçün separatçı qüvvələrdən yenə istifadə edəcək. Amma həmin qüvvələr də anlayır ki, bu mənasız prosesin çox uzanması onların özünə də lazım deyil. Bütün dünya Pyotr Poroşenkonun prezidentliyini qəbul edir. Rusiya da bununla barışacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Baş nazir Qroysman Poroşenkonu günahlandırdı: "Mane olurdu..."

    Baş nazir Qroysman Poroşenkonu günahlandırdı: ...

    27-07-2019, 12:25

  • 
  • Poroşenko seçkiyə milyonlar xərçləyib

    Poroşenko seçkiyə milyonlar xərçləyib ...

    26-05-2014, 12:32

  • 
  • Poroşenko və Timoşenkonun reytinqləri bərabərləşdi

    Poroşenko və Timoşenkonun reytinqləri bərabərləşdi ...

    25-01-2019, 10:36

  • 
  • Poroşenkonun oğlu deputatlığa namizəd olacaq

    Poroşenkonun oğlu deputatlığa namizəd olacaq ...

    15-09-2014, 13:53

  • 
  • Poroşenko Ərdoğanla görüşdü

    Poroşenko Ərdoğanla görüşdü ...

    1-12-2015, 13:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu