Zaqatala icra başçısı 76 yaşlı Mübariz Əhmədzadənin yaxın günlərdə vəzifəsindən çıxarılacağı və yerinə gənc müavinin gətiriləcəyi deyilir.
Zaqatala rayon icra başçısı Mübariz Əhmədzadənin çox yaxın günlərdə vəzifəsindən çıxarılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Həmin məlumatda 76 yaşlı Mübariz Əhmədzadəni başçının müavini, Sosial-İqtisadi İnkişafın Proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadənin əvəz edəcəyi bildirilir.
Məlumatda qeyd edilir ki, İlkin Şərifzadə hazırda başçının ən yaxın kadrlarından biri hesab edilir və məhz Mübariz Əhmədzadə tərəfindən müavin vəzifəsinə layiq görülüb.
Xatırladaq ki, Mübariz Əhmədzadə 24 ildir Zaqatala rayon icra başçısı vəzifəsini tutur.
Məsələ ilə bağlı Zaqatala rayon İcra Hakimiyyətinin mövqeyini örgənə bilmədik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./azfakt.com/
Sorğu
Yeni dizaynımız necədir?