Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov bəzi mətbuat orqanlarında Ağcabədiyə icra başçısı vəzifəsinə təyin olunacağı barədə yayılan məlumatlara münasibət bildirib.
T.Əhmədov publika.az-a açıqlamasında yayılan məlumatlardan xəbərsiz olduğunu söyləyib:
“Mən bu cür məlumatı ilk dəfə sizdən eşidirəm. Necə vəzifədir ki, mənim xəbərim yoxdur? Belə çıxır ki, jurnalistlər sabah xəbərim olmadan məni evləndirəcəklər. Hamısı yalan söhbətlərdir”.
Xatırladaq ki, bəzi mətbu orqanlarda Bakı Meropoliteninin keçmiş sədri Tağı Əhmədovun Ağcəbədiyə icra başçısı təyin olunacağı ilə bağlı xəbərlər yayılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?