“Stansiyada təmir aparmış şirkətin rəhbərinə dedim ki, oranı sən o günə qoymusan, amma mənim xizəyin üstündə sürüşən karikaturalarımı yayırlar” “Metropolitenin “28 May” stansiyasında təmirdən sonra sürüşkən mərmər döşənməsindən mənim xəbərim olmayıb, ona görə də bu baş verənlər barədə heç nə deyə bilmirəm”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib.
T. Əhmədov bu gün təmir işləri aparan şirkətin rəhbəri ilə danışdığını və ona iradlarını çatdırdığını bildirib: “Ona dedim ki, oranı sən o günə qoymusan, amma mənim xizəyin üstündə sürüşən karikaturalarımı yayırlar. İndi bilmirəm, sən sürüşəcəksən, ya mən sürüşəcəyəm, amma belə görünür ki, mən sürüşürəm”.
T. Əhmədov qeyd edib ki, hazırda bu məsələ ilə bağlı iş gedir və problem tezliklə həll olunacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?