GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Prezidentin qızının barmaqlarını sındırdılar

Prezidentin qızının barmaqlarını sındırdılar

Tarix: 10-07-2014, 01:19 Bölmə :Ölkə Baxış: 0
Prezidentin qızının barmaqlarını sındırdılar


Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın taleyi ilə bağlı ziddiyyətli informasiyalar yayılır.

Virtualaz.org saytı xəbər verir ki, bəzi mənbələrin məlumatına görə, fevral ayından etibarən ev dustağı kimi saxlanılan G.Kərimova nəhayət, Özbəkistanı tərk edib və iyulun 8-də Baltik ölkələrinin birində ad gününü qeyd edib.

Bu məlumatı Özbəkistanın hakimiyyət strukturlarında mötəbər mənbələri olan "Uzmetronom” saytı yayıb.

Xəbərdə bildirilir ki, iyulun 8-də 42 yaşı tamam olan Gülnarə Kərimova ad gününü Baltik ölkələrinin birində "ən yaxın adamlarının çevrəsində” qeyd edib.

Lakin sayt məlumatın rəsmi kanallarla təsiqlənmədiyini də əlavə edir.



Xəbər verildiyi kimi, ötən ay G.Kərimovanın oğlu, Özbəkistan prezidentinin adını daşıyan İslam Kərimov ilk dəfə Londonda üzə çıxıb və Rusiyanın REN-TV kanalına müsahibə verərək anasının üzləşdiyi vəziyyət barədə danışıb.

21 yaşlı İslam deyib ki, anası ilə sonuncu dəfə yanvar ayında görüşə bilib, ad günündə onu babasının evinə buraxmayıblar və anası ilə kiçik bacısı İman hazırda Daşkənddə ev dustağıdır. İslam deyib ki, babasına o və anası barədə yanlış informasiyaların çatdırıldığını düşünür. O, ümid edirdi ki, babası nəhayət işə qarışıb vəziyyəti düzəldəcək.

Lakin bu qalmaqallı müsahibənin efirə getməsindən bir neçə gün sonra Gülnarə Kərimovanın yoxa çıxdığı haqda xəbər yayıldı. Orta Asiya mənbələri xəbər verirdi ki, Gülnarə ilə bütün əlaqə kəsilib, yaxınları onunla telefon əlaqəsi yarada bilmir və prezidentin qızının hətta öldürüldüyü də istisna deyil.

İndi isə Gülnarə Kərimova ilə bağlı iki ziddiyyətli informasiya yayılıb. Bu informasiyalardan biri onun Özbəkistanı tərk edərək Baltik ölkələrinin birində ad günün qeyd etməsi barədədirsə, ikinci informasiyaya görə, prezidentin qızı hələ də ev dustağıdır, üstəlik vəziyyəti əvvəlkindən daha pisdir.

"The Russian Times” nəşrinin yazdığına görə, G.Kərimovanın gündəliyində iyulun 3-də, yəni ad günündən beş gün əvvəl yazdığı qeydlər və bir neçə fotoşəkil redaksiyaya daxil olub. Fotoşəkillərin birində G.Kərimovanın dustaq saxlanıldığı evin mühafizəçilər tərəfindən necə qorunduğu əks olunur. Söhbət Özbəkistan prezidentinin mühafizə xidmətinin hərbçilərindən gedir.

Növbəti iki şəkildə isə mühafizəçilərin G.Kərimovanın barmaqlarını sındırması əks olunub. Şəkillərin birində Gülnarənin barmaqlarını iki mühafizəçi sıxır, prezidentin qızı o biri əli ilə onları vurmağa çalışır. Fotoların nə vaxt çəkildiyi göstərilmir.

Xatırladaq ki, bundan əvvəl G.Kərimova atasının mühafizəçiləri tərəfindən döyüldüyünü bildirmişdi.

Nəşr Gülnarə Kərimovanın iyulun 3-də yazdığı qeydin mətnini də üslubuna və orfoqrafik səhvlərə toxunmadan dərc edib. Mətn Özbəkistan prezidentinin qızının rus dilində pis yazdığını və çoxlu üslub səhvlərinə yol verdiyini göstərir.

Gülnarə yazır: "Bu gün 3 iyul, 2014-cü ildir. Qızım İmanın - atamın böyük və guya ən sevimli nəvəsinin 16 yaşının tamam olmasından 13 gün keçdi. Hansı ki, indi onu unudublar və mənim - prezidentin böyük və nə vaxtsa sevimli olmuş qızının ad gününə - iyulun 8-nə 5 gün qalır.



Bu gün isə bacım Lolanın 36 yaşıdır və onun, anamın və bu "bardak”ı yaradan qrupun, o cümlədən təəccüblü də olsa cəmi iki gün əvvələ qədər iki həftə həbsdə saxlanılan, ancaq həbsdən çıxıb yenidən Milli Təhlükəsizlik Xidmətindəki vəzifələrinə geri dönən Hayot və Cövdət Şərifxocayevlər kimilərinin tərəfindən məhz bu gün seçilib. Zarafatdır?! Ola bilər! Atam zarafat həvəskarıdır. Yaxud indi başqaları onunla zarafat edirlər. Deyilənə görə, Lolanın və onun əri, "tualetçi” kimi tanınan birinin evində, restoranlarında, barlarında, ofislərində MTX tərəfindən axtarışlar aparılıb. Görünür, bu da atamın "zarafatıdır”. Bir halda ki gömrükdən tutmuş tranzitə, dövlət müəssisələrinə qədər hər şeyə onlar nəzarət edir, bu axtarışlar nəyə lazım idi?”

G.Kərimova daha sonra ona qarşı edilən təzyiqlərdən, anasının və bacısının əməllərindən bəhs edib.

"Məni bu sətirləri yazmağa 8 iyuldakı ad günümə olan təhdidlər məcbur etdi” - deyə o bildirir.

Görünən odur ki, Özbəkistanda hakimiyyət uğrunda klanlararası mübarizə və prezident ailəsində dram hələ də davam etməkdədir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ​Gülnarə Kərimovanın yeri bilindi — Həbsxanada cəzasını çəkir

    ​Gülnarə Kərimovanın yeri bilindi — Həbsxanada ...

    20-12-2018, 21:47

  • 
  • Gülnarə Kərimovanın oğlu Özbəkistan elitasını hədələdi

    Gülnarə Kərimovanın oğlu Özbəkistan elitasını ...

    2-08-2017, 13:18

  • 
  • Gülnarə Kərimovanın həbsinin səbəbləri açıqlandı

    Gülnarə Kərimovanın həbsinin səbəbləri açıqlandı ...

    23-09-2014, 14:02

  • 
  • Gülnarə Kərimova həbs edildi

    Gülnarə Kərimova həbs edildi ...

    28-07-2017, 11:15

  • 
  • Gülnarə Kərimovanın həbsi ilə bağlı TƏFƏRRÜAT - Milyardlıq cinayət

    Gülnarə Kərimovanın həbsi ilə bağlı TƏFƏRRÜAT - ...

    28-07-2017, 12:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu