Xeybər Xosrofov AXÇ-Müsavat dönəmində vəzifə alıbmış
Müsavat partiyasının başqanı İsa Qəmbərin Lənkəran səfəri zamanı ona qarşı hücumu təşkil edənlərdən birinin şəxsiyyəti bəlli olub. Sosial şəbəkədəki profilində həmin şəxsin fotosunu yayan Yadigar Sadıqov onun adının Xeybər Xosrofov olduğunu da yazıb. Aznews.az saytının apardığı araşdırma zamanı müəyyənləşib ki, Xeybər Xosrofov 10 sentyabr 1950-ci ildə Lənkəran rayon Sütəmurdov kəndində anadan olub. Ən maraqlı məqam isə X.Xeybərovun Cəbhə-Müsavat hakimiyyəti dönəmində vəzifə almasıdır. Məlumata görə, X.Xeybərov 1992-ci ildə Lənkəran rayon icra başçısı, AXC-nin cənub bölgəsində ən tanınmış simalarından ola Hüseynqulu Məmmədovun əmri il Sütəmurdov kənd icra nümayəndəsi təyin edilib. Hazırda isə onun hansı iş sahibi olduğunu müəyyənləşdirə bilməsək də, X.Xeybərovun “Xəzər-Lənkəran” futbol klubunun ən fəal azarkeşlərindən olduğunu təsdiqləyən videogörüntülər də sosial şəbəkələrdə yayılıb (videonu burdan izləyə bilərsiniz: http://youtu.be/KRJPL7p30Us). Bu fakt hücumun təşkilatçıları və iştirakçıları sırasında “Xəzər-Lənkəran” futbol klubunun formalarını geyən idmançı şəxslərin mövcudluğu haqqında deyilənləri də təsdiqləyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?