Müsavat başqanının müşaviri Yadigar Sadıqov artıq Kürdəxanı istintaq təcridxanasına aparılıb.
Bu barədə partiyanın Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu "facebook" sosial şəbəkəsində paylaşdığı statusda bildirib: "Yadigar bəyi artıq Kürdəxanıya yola salıblar. Müstəntiq saat 6-7 radələrində anası ilə görüş söz vermişdi. Görünən odur ki, aldadıb. Məqsəd Yadigarı bacardıqca tez Lənkərandan uzaqlaşdırmaq ilk hədəf olub. Bunlar erməninin üstünə bu operativliklə hücuma keçməzlər".
Qeyd edək ki, Y.Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. R.Kərimov bildirir ki, iyunun 25-də Y.Sadıqov onu döyüb. R.Kərimovun müraciəti KİV-də yayılıb və onun əsasında Lənkəran rayon Polis İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb. Amma iyunun 26-da Y.Sadıqov ona qarşı fitnəkarlıq edildiyi və həbsinə hazırlıq getdiyi barədə məlumat verib.
Sorğu
Yeni dizaynımız necədir?