GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vəhhabinin saqqalını qırxan şəxs barədə həbs qətimkan tədbiri seçildi

Vəhhabinin saqqalını qırxan şəxs barədə həbs qətimkan tədbiri seçildi

Tarix: 10-07-2014, 01:55 Bölmə :Ölkə Baxış: 0
Vəhhabinin saqqalını qırxan şəxs barədə həbs qətimkan tədbiri seçildi


Arif Hacılı: “Cəmiyyət son dərəcə ehtiyatlı olmalıdır”; Arzu Nağıyev: “Ölkədə dini zəmində qarşıdurma mümkün deyil”; Zahid Oruc: “Dövlət məsələni nə qədər nəzarətdə saxlasa da, cəmiyyətə müraciətə də ehtiyac var”

Azərbaycanda dini zəmində gərginliyin artması ilə bağlı narahatlıq var. Bir neçə gün əvvəl Sabirabadda sələfi əqidəli şəxsin saqqalının qırxılması, bundan sonra bir qrup radikal dindarın Müşviqabad qəsəbəsində şiə dindarlara hücum etməsi ölkədə ciddi şəkildə gərginlik ab-havası yaradıb. Sosial şəbəkələrdə, mediada məzhəblərarası gərginliyi qızışdıracaq çağırışlar artıb.

İraq və Suriyada baş verən məzhəblərarası toqquşmaların Azərbaycana sirayət edəcəyi ilə bağlı qorxulu proqnozlar da var.

Azərbaycan bu təhlükələrdən nə qədər sığortalanıb? Hakimiyyət, cəmiyyət, siyasi müxalifət dini zəmində gərginliyin qarşısını almaq üçün nə düşünür?

Qeyd edək ki, ötən gün qafqazinfo saytı Sabirabadda saqqal kəsən Rəmzi Zeynalov barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılması ilə bağlı xəbər yayıb. Saytın məlumatına görə, onun barəsində istintaq müddəti üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib.



Müsavat Partiyası Divanının bazar ertəsi günü keçirilən toplantısında Azərbaycanda son günlər dini zəmində artan gərginlik müzakirə olunub. Bu barədə “Yeni Müsavat”a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verdi. Onun sözlərinə görə, Müsavat cəmiyyəti dini mövzularda həssas olmağa çağırıb: “Biz hesab edirik ki, dini mövzu, xüsusən də müxtəlif istiqamətlər arasında olan münasibətlər həssas mövzulardır. İlk növbədə Azərbaycan cəmiyyəti son dərəcə ehtiyatlı olmalıdır. Siyasətçilər, jurnalistlər, cəmiyyətdə ictimai fikrə təsiri olan şəxslər bu xırda, lokal kimi görünən hadisənin böyüyərək böyük bir qarşıdurma və dağıntılara səbəb olacağını nəzərə alaraq bu kimi məsələlərə ehtiyatla yanaşmalıdırlar”.

Yaxın Şərqdə baş verən gərginliklərin Azərbaycana da təsir etdiyini təxmin edən A.Hacılının fikrincə, Azərbaycan cəmiyyəti İraq və Suriyadan fərqləndiyi üçün ölkəmizdə bu cür gərginliklərin olması ehtimalı azdır, ancaq bununla belə, Müsavat funksioneri cəmiyyətin həssas olmasını və əlaqəli şəxslərin xüsusi diqqətli olmasının vacib olduğunu bildirdi: “Burda kimlərinsə kiməsə güc göstərməsi, kiminsə başqaları qarşısında əzələ şişirtməsi yolverilməzdir. Çünki İslam dini insanları qarşıdurmaya, digərlərini alçaltmağa, sıxışdırmağa yox, əksinə, insanlar arasında ilk növbədə müsəlmanlar arasında birlik və bərabərlik yaratmağa yönəlik bir inancdır. Allah-təala Məhəmməd Peyğəmbər (s.ə.s) vasitəsilə göndərdiyi tövsiyələrində birgə olmağı, bərabərliyi, insanlara qarşı dözümlü yanaşmağı tövsiyə edib. Hazırda həm dünyada, həm də regionda gedən proseslər, eyni zamanda İraqda, Suriyada və digər ölkələrdə baş verən qarşıdurmalar Azərbaycan cəmiyyətində də müəyyən gərginlik yaradır. Ancaq Azərbaycan cəmiyyəti istər Suriya cəmiyyəti, istərsə də İraq cəmiyyətindən inkişaf etmiş, daha irəli getmiş bir cəmiyyətdir. Biz geriyə qayıtmamalı, irəli baxmalıyıq və Azərbaycan cəmiyyətini ayıran yox, birləşdirən cəhətlərin təbliğatı ilə məşğul olmalıyıq”.

İctimaiyyət isə dini radikalizm təhlükəsi ilə bağlı həyəcan təbili çalır


Politoloq Arzu Nağıyev isə radikal dini qrupların Azərbaycanda qarşıdurma yaratmaq imkanlarının olmadığını bildirdi. Ancaq bununla belə, onun fikrincə, dini radikalizmin qarşısının alınması üçün ölkə daxilində ciddi dini maarifçilik və tolerantlıq mühiti bərqərar olmalıdır: “Bu gün dünyada milli dövlətçiliyi məhv etməyin variantlarından biri də dini zəmində qarşıdurmalardır. Yəni bütün siyasi qüvvələr artıq kənarda qalıb və Azərbaycana təsir edə biləcək əsas məsələlərdən biri məhz budur. Ölkədə birtərəfli dini təbliğat olmamalıdır. Bütün cərəyanlara müəyyən meydan verilməlidir. Radikallıqla maarifçiliyin arası bir addımdır. Bu gün maarifçi olan şəxsi sabah radikala çevirmək çox rahatdır, bir dəfə ”Allahu Əkbər" şüarı deyirsən və qızışdırıcı çağırışlar edirsən. Dövlət dini təbliğat sahəsinə nəzarəti artırmalıdır. Tolerantlıq daha ciddi şəkildə təbliğ olunmalıdır. Mən həmişə deyirəm ki, hər bir dini icmanın sosial layihələri, internet saytı, sosial şəbəkədə səhifəsi olsun. Bu insanlar görsün ki, harada nə baş verir. Nə qədər ki, bu yoxdur, insanlara doğru olan İslam çatdırılmır. Bu çox çətin olacaq".



A.Nağıyevə görə, hazırda ölkədə elə bir təhlükəli radikal qüvvə yoxdur: “Ayrı-ayrı icmalar ola bilər ki, radikal çağırışlar etsin. Ancaq bu qrupların radikal fəaliyyətlər edəcəyinə inanmıram. Azərbaycanlıların Suriyaya getməsi səbəblərinə nəzər salmaq lazımdır. Onları Suriyaya çəkib aparan nədir? Əgər bu insanlar Şamı müqəddəs sayırlarsa, niyə Şuşanı müqəddəs saymırlar? Heç icazə olmadan da gedib orda vuruşa bilərlər. İkincisi isə çox maraqlıdır ki, o gedənlərin hamısı Türkiyənin ərazisindən gedir. Yəni Türkiyə bunun qarşısını ala bilməzmi? Əlbəttə, alar. Mənə elə gəlir ki, bu, planlı bir fəaliyyətdir. Bizim dövlət üçün deyil, hansısa kənar qüvvələrin planına uyğun olaraq bu işlər görülür. Bu, bir sıra ölkələrin marağındadır”.



Milli Məclisin deputatı Zahid Oruc isə deyir ki, radikal dini təşkilatların Azərbaycana keçməsi cəhdləri artıq inkar olunmazdır. Deputatın fikrincə, hakimiyyətlə yanaşı, cəmiyyət özü də bu cür tendensiyalara qarşı olmalıdır: “Mənə elə gəlir ki, dövlət bu məsələləri nə qədər nəzarət altında saxlasa da, cəmiyyətə bir müraciətə də ehtiyac var. Dövlət millətlə birlikdə bu təhlükəyə qarşı mübarizə aparmalıdırlar, əks halda, çox çətin olacaq. İraq və Suriyada döyüşənlər, sonradan bu fəaliyyətlərini başqa bir ölkəyə keçirəcəklər”.
Radikal, təkfirçi düşüncənin konkret bir icma və ya cərəyanda mövcud olmadığını qeyd edən deputatın fikrincə, beyinləri doldurulmuş, zombiləşmiş qruplar hər zaman təhlükəlidir: “Açığı desəm bunların sosial sinfi siması yoxdur. Dini baxımdan da onları ayrı-ayrı sərhədlərə bölmək olmaz. Məncə, onlar artıq legioner yetişdirən, vahid bir mili kimliyi olmayan qladiatorlardır. Azərbaycanda da ya vəhhabilər adı altında, ya radikal sələfilik adı altında belə proseslərə cəhdlər edənlər var ki, bu ölkədə oturuşmuş dini sistem, tolerantlıq mühiti pozulsun.

Dini toqquşmalar baş versin, hakimiyyət üçün siyasi müxalifətdən kənar dini müxalifətlə toqquşmalar real mahiyyət daşısın. Burda məsələnin cazibəli tərəfi də var, onları nə qədər sıxışdırsalar onlar fəaliyyətlərini davam etdirəcəklər, ”Müsəlman Qardaşları"na çevriləcəklər. Səudiyyə hökuməti vəhhabiliyin rəsmi ideologiyası olaraq dünyada yayılması üçün hər il milyonlarla vəsait xərcləyir. Bir çoxları maddi səbəbdən də həqiqətən də inandıqları, real dini məsələləri gördükləri üçün bu cərəyana qoşulur. Mən bilirəm ki, siz dinə yaxın bir jurnalistsiniz, müxtəlif zamanlarda yazılarınızı da oxumuşam. Mən bizim mötəbər din xadimlərindən də eşitmişəm ki, vəhhabilik çox normaldır. Burada heç bir təhlükə yoxdur, ona qarşı mübarizə təhlükə yaradır. Təxminən belə bir formul var, “İslamı qapıdan qovdun, gedib silahla qayıtdı”. Yəni dinlə savaşanda böyük bir təşkilatlanmış kütləyə çevrilir. Düşünürəm ki, dini azadlıqlar geniş olmalıdır. Birləşmiş Ştatlar bütün dinlərin vahid məkanına necə çevrildi? Dünyada bir-biri ilə savaşan dinlər orada dinc yanaşı yaşayırlar. Dinlərə azadlıq verilməli, həqiqi dini dəyərlər təbliğ olunmalıdır. Əsl İslamın mahiyyəti ortaya qoyulmalıdır. Din xadimləri savadlanmalıdır, orta məktəblərdə islamın həqiqi əsasları tədris olunmalıdır. Əgər bu gün Gülən məktəblərini din təbliğ edir deyə bağlayırıqsa, o zaman onun əvəzinə alternativi ortaya qoymalıyıq. Əsl İslamı ortalığa qoymaq lazımdır. Nəinki vəhhabilik, hətta bizim dini komitəni təmsil edən məmurlarla yerli axundlar arasında çox ciddi münaqişə var. Bunların özü təhlükədir. Vahid bir koordinasiya, milli birlik konsepsiyası yoxdur. Kimsə deyir ki, dövlət bunu tənzimləməsin, Qafqaz Müsəlmanları İdarəsinə verilsin səlahiyyətlər. Çox gözəl, onlar yaratsınlar. Əgər dövlət görsə ki, bundan sonra hansısa qruplar qanunsuz əməllərə gedir, o zaman dövlət bu prosesə müdaxilə edə bilər".

Kənan RÖVŞƏNOĞLU

Mənbə: Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sabirabadın deputatı “saqqal qalmaqalı”ndan danışdı

    Sabirabadın deputatı “saqqal qalmaqalı”ndan ...

    8-07-2014, 01:31

  • 
  • Sabirabadda vəhhabilərə qarşı əməliyyat keçirlib

    Sabirabadda vəhhabilərə qarşı əməliyyat keçirlib ...

    7-07-2014, 22:37

  • 
  • Türk milli alayi adindan həyəcan təbili

    Türk milli alayi adindan həyəcan təbili ...

    21-12-2012, 13:30

  • 
  • Vəhabilərə sərt xəbərdarlıq – Rəsmi

    Vəhabilərə sərt xəbərdarlıq – Rəsmi ...

    16-01-2014, 12:46

  • 
  • Şeyxdən dindarlara seçkilərlə bağlı - Xəbərdarlıq

    Şeyxdən dindarlara seçkilərlə bağlı - Xəbərdarlıq ...

    8-07-2013, 16:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu