“2013-cü ildə 124 günün qeyri-iş günü olması ölkə iqtisadiyyatına milyonlarla manat ziyan vuracaq”. Bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı bildirib. Onun sözlərinə görə, Azərbaycan dünyada qeyri-iş günləri ilə yanaşı, bayramların sayına görə da ilk sıralarda dayanır: “Çox az ölkədə Azərbaycanda olduğu qədər bayram və qeyri-iş günü olur. Əlbəttə ki, insanların istirahəti baxımından bu yaxşıdır, ancaq mənfi tərəfləri də var”. V.Bayramlınını fikrincə, qeyri-iş günləri məhsul və xidmətlərin azalması ilə yanaşı, insanlara psixoloji təsir gəstərərək tənbəlləşməyə də gətirib çıxarır: “Doğrudur, həmin günləri dəyərlə ifadə etmək çətindir. Hər gün üçün potensial itkilər hesablanmalıdır. Konkret rəqəm söyləmək çətin olsa da, qiymətləndirmə göstərir ki, qeyri-iş günlərinin sayının çox olması ölkə iqtisadiyyatına milyonlarla manat ziyan vuracaq”.
Sorğu
Yeni dizaynımız necədir?